Yenilik.Az
www.Yenilik.Az » Təhsil » Məktəbəhazırlıq üzrə yerdəyişmə dayandırılacaq

Məktəbəhazırlıq üzrə yerdəyişmə dayandırılacaq

Məktəbəhazırlıq üzrə yerdəyişmə dayandırılacaq
2023-04-11 , 15:08

15 aprel saat 17:00-da ümumi təhsil müəssisələrində fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların yerdəyişməsi prosesi dayandırılacaq.

Yenilik.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən xəbər verilib.
Bildirilib ki, uşaqların yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.
Qeyd edilib ki, şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.