Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Anar Bağırov: "Ali Məhkəmə ilə Vəkillər Kollegiyası arasında əməkdaşlıq daha da güclənəcək"

Anar Bağırov: "Ali Məhkəmə ilə Vəkillər Kollegiyası arasında əməkdaşlıq daha da güclənəcək"

Anar Bağırov:
2023-04-20 , 10:26

"Ali Məhkəmə ilə Vəkillər Kollegiyası arasında qurulmuş səmərəli əməkdaşlıq münasibətləri daha da güclənəcək".

Yenilik.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov Ali Məhkəmədə "Femida Dialoq Platforması" çərçivəsində Vəkillər Kollegiyası ilə görüş zamanı deyib.
O bildirib ki, Ali Məhkəmə ilə aparılan müzakirələr ədalət mühakiməsinin səmərəliliyinin artırılması, məhkəmə-hüquq sisteminin inkişafı və məhkəmələrdə proses iştirakçıları arasında qeyri-prosessual münasibətlərin aradan qaldırılması baxımından müstəsna əhəmiyyət kəsb edir.
A.Bağırov qeyd edib ki, Ali Məhkəmə tərəfindən vəkillərin üzləşdiyi problemlərin araşdırılması və həlli istiqamətində atılan addım təqdirəlayiqdir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.