Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Vəkillər Kollegiyasının üzvləri üçün növbəti ixtisasartırma təlimləri keçirilib

Vəkillər Kollegiyasının üzvləri üçün növbəti ixtisasartırma təlimləri keçirilib

Vəkillər Kollegiyasının üzvləri üçün növbəti ixtisasartırma təlimləri keçirilib
2023-04-29 , 16:57

Azərbaycan Vəkillər Kollegiyası ilə Ədliyyə Akademiyasının birgə əməkdaşlığı çərçivəsində növbəti ixtisasartırma təlimləri keçirilib.
Yenilik.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyası məlumat yayıb.
Vəkillər Kollegiyasının üzvləri Asif Mustafayev aprelin 12-də “Uşaqların onlayn cinsi istismarı və kibercinayətinə qarşı mübarizə” mövzusu üzrə, Vüsal Kazımzadə aprelin 17-də “Müflisolmanın hüquqi əsasları və təcrübə” mövzusu üzrə, Lalə Nağıyeva aprelin 20-də “Qadınlara qarşı zorakılıq və məişət zorakılığı” mövzusu üzrə və Fərid Həsənov aprel 28-də “Qəsdin əmələ psixoloji münasibətdə növü, formaları, tövsif zamanı müəyyən edilmə əsasları” mövzusu üzrə keçirilmiş təlimlərdə təlimçi qismində iştirak ediblər.
Ümumilikdə, təlimlərdə 175 vəkil iştirak edib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.