Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Vəkillər Kollegiyasının nümayəndəsi Polşada beynəlxalq konfransda iştirak edib

Vəkillər Kollegiyasının nümayəndəsi Polşada beynəlxalq konfransda iştirak edib

Vəkillər Kollegiyasının nümayəndəsi Polşada beynəlxalq konfransda iştirak edib
2024-03-13 , 02:31

Cari ilin 6-8 mart tarixlərində Avropa Vəkillər Assosiasiyası (AEA-EAL) və Polşanın Maria Curie-Sklodovska Universitetinin Hüquq və İdarəetmə fakültəsinin təşkilatçılığı ilə “Müasir rəqəmsal transformasiyalar mühitində hüquq peşəsi. Çağırışlar və dilemmalar” mövzusunda sözügedən ölkənin Lublin şəhərində beynəlxalq konfrans keçirilib.

Tədbirdə AEA-EAL üzvləri, Fransa, İtaliya, İspaniya, Polşa və digər ölkələrin hüquqşünasları, vəkil və hüquqşünas alimləri iştirak edib.
Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının, “Elektron vəkillik", Biznes Hüququ” və AEA-EAL-in İKT komitələrinin üzvü İlham Hüseynov sözügedən konfransa qatılıb və “Beynəlxalq hüquqda maliyyə öhdəliklərinin hüquqi tənzimlənməsində süni intellektin rolu” mövzusunda çıxış edib.
Eyni zamanda, tədbir çərçivəsində İlham Hüseynov AEA-EAL-in prezidenti Mariya Slazak, Lublin Hüquq məsləhətçiləri palatasının rəhbəri Arkadius Bereza, Hindistan Vəkillər Kollegiyasının prezidenti Prashant Kumar, Maria Curie-Sklodovska Universitetinin professoru Marzena Świstak ilə görüşlər keçirib və qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə edib.  









Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.