Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Zelenski Prezidentə zəng etdi

Zelenski Prezidentə zəng etdi

Zelenski Prezidentə zəng etdi
2024-12-28 , 21:32

Ukrayna Prezidenti Volodimir Zelenski dekabrın 28-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Yenilik.az Prezidentin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Volodimir Zelenski dekabrın 25-də Bakı-Qroznı istiqamətində uçuş yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çox sayda insanın həlak olması ilə bağlı Prezident İlham Əliyevə və Azərbaycan xalqına başsağlığını çatdırıb, xəsarət alanların tezliklə şəfa tapmasını diləyib.
Dövlət başçısı göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.