Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Dövlət Gömrük Komitəsi ləğv edilir? - AÇIQLAMA

Dövlət Gömrük Komitəsi ləğv edilir? - AÇIQLAMA

Dövlət Gömrük Komitəsi ləğv edilir? - AÇIQLAMA
2025-01-15 , 16:03

"Dövlət Gömrük Komitəsi də vergi xidməti kimi vergi toplamaqla məşğuldur. Burada vergidən çox da fərqli olmayan iş görülmür". 

  
Bu sözləri AZXEBER.COM-a açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli Dövlət Gömrük Komitəsinin müstəqil qurum kimi ləğv edilməsi ilə bağlı gözləntiləri şərh edərkən bildirib. 
   
"Dövlət Gömrük Komitəsi də vergi xidməti kimi vergi toplamaqla məşğuldur. İqtisadiyyat Nazirliyinin daxilində Dövlət Vergi Xidmətinin olması da səhvdir. Çünki vergilər xidmətində məqsəd vergi toplamaq, büdcəni doldurmaqdır. İqtisadiyyatın məqsədi isə iqtisadiyyatı inkişaf etdirməkdir. 
  
Ekspert belə hal olarsa hansı dəyişiklikıər ola biləcəyi haqda da fikrini bildirib: 
 
"Dövlət Gömrük Komitəsi ilə Vergi Xidməti yaxşı olardı ki, Maliyyə Nazirliyinə birləşdirilsin. Çünki Maliyyə Nazirliyi gəlirləri toplayıb, xərcləyən qurumdur. Əgər bu birləşmə baş verməzsə Dövlət Vergi Xidməti ilə Dövlət Gömrük Komitəsini iki qurum olaraq birləşdirərək Dövlət Gəlirlər Komitəsi yaratmaq olar. Bu birləşmə inzibatçılığa kömək etmiş olacaq. Çünki hər iki qurumun informasiya bazasının bir-birilərində olması ilə vergi toplanama, sahibkarın şəffaf işləməsi təmin olunacaq. Bu da düzgün gəlirlər siyasətinin həyata keçirilməsi və şəffaflığın artmasına zəmin yaradacaq. Bu inzibati aparatın kiçilməsinə də gətirib çıxaracaq. İndi hər departamentin bir müdiri, bir neçə köməkçisi, assistenti varsa bu hal onların sayının azalmasına gətirib çıxaracaq".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.