Yenilik.Az
www.Yenilik.Az » Ölkə » "Qarabağda Həyat" sosial media platforması fəaliyyətə başlayıb


"Qarabağda Həyat" sosial media platforması fəaliyyətə başlayıb

2025-07-30 , 12:00

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa və quruculuq işlərinin, "Böyük Qayıdış"ın gedişatının daha geniş ictimaiyyətə çatdırılması məqsədilə "Qarabağda Həyat" adlı yeni rəqəmsal platforma fəaliyyətə başlayıb.

Yenilik.az xəbər verir ki, platformanın əsas məqsədi Qarabağ bölgəsində həyatın yenidən canlanmasını, infrastruktur layihələrinin icrasını, sosial və iqtisadi inkişafı əks etdirmək, bu ərazilərdə baş verən yenilikləri cəmiyyətə təqdim etməkdir.
Eyni zamanda, "Qarabağda Həyat" platforması interaktiv xarakter daşıyır. Buraya səfər edən vətəndaşlar, jurnalistlər, könüllülər və bölgədə yaşayan sakinlər öz çəkdikləri foto və videoları göndərməklə, Qarabağda baş verən real həyatı birbaşa ictimailəşdirə bilərlər.
Sözügedən səhifələrə buradan keçid edə bilərsiniz. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.