“Mehdiyev”çilər yola salınır — İcra Hakimiyyətlərində başçı müavini qalmadı, hər birini işdən çıxardılar
Dövlətə xəyanət ittihamı ilə istintaqa cəlb edilən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin uzun illər ərzində icra hakimiyyəti strukturlarına yerləşdirdiyi kadrların mövcudluğu artıq heç kim üçün sirr deyil. Onilliklər boyu kadr siyasətinə nəzarət edən Mehdiyev özünə sadiq şəxsləri müxtəlif dövlət qurumlarına, xüsusən də yerli icra hakimiyyətlərinə yerləşdirib. Həmin kadrların idarəetmə orqanlarından uzaqlaşdırılması prosesi aparılır.
Demokrat.az xəbər verir ki, Musavat.com-a daxil olan məlumatlara görə, artıq ölkənin bütün rayonlarında icra başçılarının müavinləri, xüsusilə 2021-ci ilə qədər təyin olunan şəxslər vəzifələrindən azad ediliblər. Hər rayonda orta hesabla 3-4 müavin işdən çıxarılıb. 2021-ci ildən sonra təyin olunan başçı müavinləri isə vəzifələrində qalıblar. Lakin prosesin ən diqqətçəkən və suallar doğuran tərəfi odur ki, başçı müavinləri vəzifədən uzaqlaşdırılsalar da, onlara ayrılmış xidməti avtomobillərdən, sürücülərdən və digər inzibati resurslardan istifadə etməkdə davam edirlər. Başqa sözlə, kreslo gedib, imtiyaz qalır. İslahat dalğası təkcə icra başçılarının müavinləri ilə məhdudlaşmayıb. Rayonların İnzibati Ərazi İdarəetmə Nümayəndəliklərində çalışan mühasiblər, baş məsləhətçilər, təsərrüfat və uçot funksiyalarını icra edən əməkdaşlar da kütləvi şəkildə ixtisara düşüblər. Bu isə hər bir rayon üzrə təxminən 35-40 nəfər dövlət qulluqçusunun işsiz qalması deməkdir. Rəsmi göstərişlərə əsasən, icra hakimiyyətlərində 65 yaşına çatmış vəzifəli şəxslər təqaüdə göndərilməlidir. Ancaq yerlərdə tam fərqli mənzərə müşahidə olunur. Bir çox rayonda təqaüd yaşını çoxdan tamamlamış, faktiki olaraq icra başçılarının şəxsi təsərrüfatını, biznes maraqlarını və qeyri-rəsmi tapşırıqlarını icra edən şəxslər illərdir vəzifədə saxlanılır. Nəticədə Ramiz Mehdiyevlə heç bir bağlılığı olmayan, gənc və peşəkar kadrlar ixtisar olunur, köhnə və toxunulmaz fiqurlar isə sistemdə qalır. Halbuki Prezident İlham Əliyevin ötən ilin dekabrında yerli icra hakimiyyətlərinin strukturunun təkmilləşdirilməsi ilə bağlı imzaladığı Fərman qanunçuluq, şəffaflıq və sosial ədalət prinsiplərinə əsaslanırdı. Rəsmi məqsəd dövlət qulluğunun optimallaşdırılması, idarəetmədə səmərəliliyin artırılması idi. Lakin yerlərdə bu Fərmanın icrası zamanı sosial ədalət prinsipləri faktiki olaraq pozulur. Yeni Fərmanla 2012-ci il 6 iyun tarixli, 648 nömrəli Prezident Fərmanı faktiki olaraq yeni redaksiyada təsdiq edilib.
Bu isə şəhər, rayon və şəhər rayonu icra hakimiyyəti başçıları aparatlarının, eləcə də inzibati ərazi dairələri üzrə nümayəndəliklərin strukturunun və ştat sayının ciddi şəkildə dəyişdirilməsi deməkdir. Yeni struktura əsasən, rayon icra hakimiyyəti aparatlarında maksimum 38 ştat vahidi nəzərdə tutulur, sektor və şöbələr birləşdirilir, funksiyalar mərkəzləşdirilir, bir sıra vəzifələr isə tamamilə ləğv olunur. Fərmanın ən həssas və hüquqi baxımdan vacib hissəsi ştatları ixtisar edilən dövlət qulluqçularına münasibətdə Əmək Məcəlləsinin, “Dövlət qulluğu haqqında” Qanunun və Prezidentin 2011-ci il 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydaların tətbiq olunmasıdır. Rəsmi sənəddə açıq şəkildə vurğulanır ki, ixtisar olunan məmurların analoji vəzifələrə yerləşdirilməsində üstünlük hüququ təmin edilməlidir və bu prosesə Dövlət İmtahan Mərkəzi də cəlb olunmalıdır.
Eyni zamanda Fərmanla Nazirlər Kabinetinə 2 ay müddətində qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq tapşırılıb. Yəni sənəd real idarəetmə islahatını hədəfləyir. Yeni strukturda diqqət çəkən digər məqam hüquq və kadr məsələləri sektorunun cəmi 3 ştat vahidi ilə məhdudlaşdırılmasıdır. Sosial-iqtisadi inkişaf və memarlıq-tikinti şöbələrində vəzifə sayı azaldılır, inzibati işlər, sürücülər və texniki personal üzrə ixtisarlar isə real şəkildə tətbiq olunur.
OXŞAR XƏBƏRLƏR

Ramiz Mehdiyev – nankorluq və xəyanət anatomiyası: onun planında kimlər olub?
Ramiz Mehdiyevin dövlət çevrilişi planını Rusiya ifşa edib – ŞOK
Rauf Arifoğlu: “Əli Kərimli dedi ki, məni Ramil Usubov və Ramiz Mehdiyevlə görüşdür” - MÜSAHİBƏ
Mehdiyevin hakimiyyətdə gizlənən komandası: KİMLƏRDİR?
Ramiz Mehdiyevin xəyanət dosyesi...
Ramiz Mehdiyevin Ukraynada “imperiyası” üzə çıxır
Ramiz Mehdiyevin xəyanət komandası: Rusiyanın Bakıda qurduğu 5-ci kolon ləğv edilir, daha kimlər həbs ediləcək...
Gəzmədiyi nazirlik qalmayıb — Ramiz Mehdiyev oğlunu hakimiyyətə hazırlayırdı?
Misir Mərdanovdan Həsən Həsənovla bağlı sensasion yazı: “Ramiz Mehdiyev dedi ki…”
Heç kim qanundan üstün deyil! - Bəylər Eyyubovun qohumları da
Ən stajlı icra başçıları - İlk “20-lik” - SİYAHI
Mehdiyevin Qəbələdə 3 villası varmış – Ən dəbdəbəlisini nazir hədiyyə edib
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12
Yaxşı ki, yatmamışdım - Evi yanan musiqiçi 2026-07-16 , 09:08
Aytən Səfərova:"Yazırlar ki, "nə boydadır?" - Video 2026-07-16 , 09:00
Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət 2026-07-16 , 08:53
Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA 2026-07-15 , 17:04
1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video 2026-07-15 , 16:51
Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - VİDEO 2026-07-15 , 16:49
Hüseyndən Zaur Kamala: "Pulumu qaytar, 1500 manat..." 2026-07-15 , 16:43
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama 2026-07-15 , 16:16
Sumqayıtda qanunsuz söküntü iddiası 2026-07-15 , 16:14
Sumqayıtda 35 günlük körpə həkim səhlənkarlığının qurbanı olub?-TƏFƏRRÜAT 2026-07-15 , 16:13
Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib" 2026-07-15 , 16:11
Rəqsanə hovuz kənarında: “Qaşları həddən artıq dartılıb”, – dedilər - VİDEO 2026-07-15 , 16:09
Şirkətlər “AccessBank”dan pullarını geri çəkir 2026-07-15 , 16:05
"Kompleksim olsaydı, bu reklama çəkilməzdim" 2026-07-15 , 16:03
Tiktoker "Arzum"un həbsi ilə bağlı şok detallar 2026-07-15 , 01:31
Zaur Nəbioğluya vəzifə verildi 2026-07-15 , 01:17
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - VİDEO 2026-07-15 , 00:55