Heç kim qanundan üstün deyil! - Bəylər Eyyubovun qohumları da
Prezident İlham Əliyevin dövlət idarəetməsində əsas prinsipi xalqa xidmət olub.
“Məhz buna görə biz bu vəzifədəyik. Buna görə xalq mənə etibar edib və mən təyin etdiyim bütün kadrlardan bunu tələb edirəm”.
Bu tələbə əməl edənlər – Prezidentin etimadını xalqa xidmət missiyası olaraq görən məmurlar hər zaman dövlət tərəfindən qiymətləndirilib. Vəzifəsindən şəxsi maraqları üçün istifadə edən məmurlar isə dərhal Prezidentin etimadından məhrum olublar və törətdikləri əməllərə görə qanun qarşısında cavab veriblər.
Bu, dövlət idarəetməsinin dəyişməyən qaydasıdır. Çünki Azərbaycanda hər kəs qanun qarşısında bərabərdir, heç kim qanundan üstün ola bilməz. Prezident İlham Əliyev də dəfələrlə çıxışlarında bəyan edib ki, heç kim qanundan üstün deyil, heç kim üçün heç bir xüsusi status, heç bir imtiyaz yoxdur.
Özünü qanundan üstün və “imtiyazlı” hesab edən korrupsiyalaşmış məmurların cəzalandırılması bunun əyani nümunəsidir. Cənab Prezident tərəfindən korrupsiya və rüşvətxorluğa qarşı aparılan mübarizənin nəticəsidir ki, ölkədə bu cür halların qarşısı qətiyyətlə alınır. Təsadüfi deyil ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilatların da hesabatlarında təqdir olunur. Prezident İlham Əliyevin 4 aprel 2022-ci il tarixli sərəncamı ilə qəbul olunmuş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”, eləcə də 2024-cü ilin 1 yanvar tarixində qüvvəyə minən “Dövlət satınalmaları haqqında” qanun antikorrupsiya və şəffaflığın təmin edilməsində mühüm addım kimi qiymətləndirilir. İndiyə qədər korrupsiyaya bulaşmış məmurlar ya qanun qarşısına çıxarılıb, ya da vəzifəsindən uzaqlaşdırılıb.
Sirr deyil ki, Azərbaycanda özünü toxunulmaz hesab edən “oliqarx məmur”lar mövcud olub. Korrupsiyalaşmış belə məmurlar dövlət siyasətinin əsas prioriteti olan sosial ədalət prinsipinin pozulması, vətəndaşların dövlətdən narazı salınması əməllərinə yol veriblər.
Prezident İlham Əliyev noyabrın 12-də Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edərkən bu məsələyə xüsusilə toxundu. Dövlət başçısı bəyan etdi ki, vaxtilə bölgələrimizdə proseslərin mənfi istiqamətdə getməsinin səbəbi də məhz mərkəzi icra orqanlarındakı bəzi məmurların xoşagəlməz hərəkətləri və tapşırıqları idi: “Artıq o məmurlardan, necə deyərlər, əsər-əlamət qalmayıb. Azərbaycanda məmur korpusunda, xüsusilə mərkəzi icra orqanlarında aparılan kadr islahatları nəticəsində vəziyyət böyük dərəcədə sağlamlaşdırılıb. Ona görə mən tam əminəm ki, bundan sonra mərkəzdən sizə hansısa bir qanunsuz tapşırıq verilməyəcək”.
Prezident vurğuladı ki, vaxtilə belə hallar olub və bu qanunsuz tapşırıqları verən, qanunsuz varlanmanı özləri üçün əsas məqsəd hesab edən məmurlar bu gün məhkəmə qarşısında cavab verirlər.
“Bir çox hallarda torpaqlardan səmərəsiz istifadə edilməsi halları olub, torpaqlar zəbt edilib, torpaqların kateqoriyaları dəyişdirilib. Əkin-biçin üçün yararlı olan torpaqlarda bəzi məmurlar özləri üçün imarətlər inşa ediblər və əlbəttə ki, bütün bunlar qanunsuz hərəkətlərdir. Ancaq mən onu da bilirəm ki, yerlərdəki bəzi məmurlar məcbur olub o qanunsuz hərəkətləri icra ediblər. Onların, əlbəttə ki, üzərinə düşən məsuliyyət tamamilə başqa yanaşmanı tələb edirdi. Ancaq, eyni zamanda, o da həqiqətdir ki, bəzi hallarda bax, bu qanunsuz əməllərin təməlində harınlamış, acgöz, gözü doymayan mərkəzdə oturan məmurların göstərişləri olub. Amma yenə də deyirəm, sağlamlaşdırma və təmizləmə siyasəti nəticəsində artıq əminəm ki, sizə heç kim qanunsuz tapşırıq verməyəcək. Əgər kimsə bu tapşırığı verərsə, onda dərhal mənə məlumat verin və o adamlar haqqında ciddi ölçülər götürüləcək”, - dövlət başçısı xəbərdarlıq etdi.
Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, vaxtilə özünü qanundan üstün tutan məmurlardan artıq əsər-əlamət qalmayıb.
Mərkəzi icra hakimiyyəti orqanlarındakı belə məmurların korrupsiyalaşdığı, qanunsuz əməllər törətdiyi və yerli icra hakimiyyəti orqanlarını da bu əməllərinə alət etdiyi sirr deyil. Prezident İlham Əliyev tərəfindən 2018-ci ildən etibarən başlanan böyük islahat prosesində mərkəzi və yerli icra hakimiyyəti orqanlarında genişçaplı təmizləmələr həyata keçirildi. “Oliqarx məmur” adlandırılan Eldar Mahmudov, Fazil Məmmədov, Rövnəq Abdullayev, Cavid Qurbanov, Azad Rəhimov, Ramiz Mehdiyev və onun kürəkəni, Səlim Müslümov, Füzuli Ələkbərov, Cahangir Əskərov, o cümlədən, oliqarxlaşmış iş adamları olan Adnan Əhmədzadə, Rasim Məmmədov və digərləri sıradan çıxarılıb.
Bu məmurların bir çoxu vəzifəsindən kənarlaşdırılıb, bir çoxu törətdikləri əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilib. Mövcud olan qanunsuzluqların böyük ölçüdə aradan qalxması da bu islahatların nəticəsində mümkün olub. Artıq mərkəzi icra hakimiyyəti orqanlarında yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinə müdaxilə edən və RİH rəhbərlərini qanunsuzluğa məcbur edən məmurlar yoxdur.
Prezident İlham Əliyev tərəfindən özünü qanundan üstün tutmağa və dövlətin göstərdiyi etimadan sui-istifadə etməyə cəhd edən məmurlara qarşı sərt addımların atılması bu gün də davam edir.
Dövlət başçısı da Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçılarını qəbul edərkən, bildirmişdi ki, bəzi hallarda məmurlar özlərini cəmiyyətdə düzgün apara bilmir, ifrat dərəcədə təkəbbürlülük göstərir, özlərini hamıdan üstün tutmağa çalışırlar və beləliklə, həm öz nüfuzlarını itirirlər, eyni zamanda, dövlətimizə, dövlətin siyasətinə də ləkə vurmuş olurlar: “Bununla bərabər, bəzi hallarda korrupsiyaya, rüşvətxorluğa düçar olurlar. Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, əyri yola gedən hər bir dövlət məmuru nəticədə məhkəmə, qanun qarşısında cavab verməli olur və belə hallar əfsuslar olsun ki, bu gün də var. Ancaq o da cəmiyyət üçün tam aydındır ki, heç bir qanunsuz hərəkət nəticəsiz qalmayacaq”.
Son günlər Bəylər Eyyubov və qohumlarının qanunsuz əməllərinə qarşı atılan addımlarla bağlı yayılan məlumatlar da belə nümunələrdəndir.
Məlumatlara görə, iş adamı Ruslan Eyyubov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində saxlanılıb. O, Cinayət Məcəlləsinin 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 206.4 (Xüsusilə külli miqdarda qaçaqmalçılıq), 193-cü (Yalançı sahibkarlıq), 213-1.2.2, 213-1.2.3-ci (Aksiz markası ilə markalanmalı olan malları marka olmadan və məcburi nişanlama ilə nişanlanmalı olan malları nişanlanmadan satma, satış məqsədilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə, malların nağd qaydada alqı-satqısı təkrar törədildikdə) ittiham olunur.
Ruslan Eyyubov Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin vəzifəsindən azad edilən rəisi Həsən Eyyubovun qardaşıdır. Hər iki şəxs Prezidentin Mühafizə Xidmətinin keçmiş rəisi general-polkovnik Bəylər Eyyubovun qardaşı oğlanlarıdır.
Eyyubovların əməllərinə görə qanun qarşısına çıxarılması bir daha təsdiq edir ki, Azərbaycanda hər kəs qanun qarşısında bərabərdir. Heç kim hansısa xidmətinə görə məsuliyyətdən yayına biləcəyini düşünməməlidir. Dövlətə xidmətlərini qabardanlar, bundan “toxunulmazlıq” üçün istifadə etməyə çalışanlar da bilməlidir ki, onlara Prezident İlham Əliyev tərəfindən etimad göstərilib və xidmətlərinə görə mükafatlandırılıblar. Lakin bu, onları qanundan üstün etmir. Dövlətə hansısa xidmət göstərmək qanunsuzluğu ört-basdır edə bilməz. Belə məmurların özləri haqqında “əvəzedilməz” müştəbehliyi də absurddur, çünki ölkədə onlardan da bacarıqlı, onlardan da qabiliyyətli kadrlar var. Prezident İlham Əliyevin kadr islahatında ali etimadı doğruldan və xalqa xidmət edən məmurların timsalında bunu əminliklə deyə bilərik. Kimlərinsə vaxtilə etdiyi hansısa xidmət onlara dövlətə minnət qoymaq haqqını vermir. Azərbaycanda qanun şahdır və bunun təminatçısı birbaşa Prezident İlham Əliyevdir.
OXŞAR XƏBƏRLƏR

Rauf Arifoğlu: “Əli Kərimli dedi ki, məni Ramil Usubov və Ramiz Mehdiyevlə görüşdür” - MÜSAHİBƏ
Ən stajlı icra başçıları - İlk “20-lik” - SİYAHI
Misir Mərdanovdan Həsən Həsənovla bağlı sensasion yazı: “Ramiz Mehdiyev dedi ki…”
Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni
Laçında bayram ab-havası... - Video + Fotolar
Prezident yeni icra başçılarını qəbul etdi - Fotolar
Ramiz Mehdiyev – nankorluq və xəyanət anatomiyası: onun planında kimlər olub?
Prezident Kəngərli sakinləri ilə görüşdü – Fotolar
Vasif Məhərrəmli:"Hər iki halda sən axmaq adamsan" -- VİDEO 2026-07-18 , 17:29
"Qızlarınıza cehiz verməyin" - Video 2026-07-18 , 17:24
İran ABŞ aviabazasını vurdu: qırıcılar məhv edildi 2026-07-18 , 17:20
Türkanın müzakirə yaradan paylaşımı: "Qal yana-yana" - VİDEO 2026-07-18 , 17:15
Kadırov NATO-ya müharibə elan etdi 2026-07-18 , 17:10
"Ərinizin subay dostlarını evinizə buraxmayın" - Seda Sayan 2026-07-18 , 17:10
“MediHall Hospital”ın direktoru 25 min manat cərimələndi – Səbəb nədir? 2026-07-18 , 17:08
Ruhəngiz Allahverdiyeva: “Ondan yaxşı arvad olmaz” - VİDEO 2026-07-18 , 17:07
Nəfəs “Ağa”nı kimdən oğurlayıb? - 2 iranlı müəllifin adı hallanır 2026-07-18 , 17:01
Mətanət İsgəndərli plastik əməliyyat etdirdi 2026-07-18 , 16:56
Səməd Vurğun oğlunun rus bölməsində oxumasına niyə razı olmadı? 2026-07-18 , 16:53
Trampı öldürənə bu qədər pul verəcəklər: qisas planı hazırlandı 2026-07-18 , 16:52
Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında - FOTO 2026-07-18 , 16:50
"O qadın boşanır ki, tüfeyli heyatını rahat yaşasın" - VİDEO 2026-07-18 , 16:48
Lalənin çimərlik geyimində görüntüləri müzakirə səbəb oldu - VİDEO 2026-07-18 , 16:00
İranın hücumları: Küveytdə bütün uçuşlar dayandırıldı 2026-07-18 , 15:57
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12