Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Bu yolda sürət həddi endirildi

Bu yolda sürət həddi endirildi

Bu yolda sürət həddi endirildi
2026-02-04 , 09:48

Bakıda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
Məlumata görə, bununla bağlı Mərkəzin əməkdaşları tərəfindən məlumat sürət tablolarında “güclü külək” işarəsi qoyulub:
“Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.