Milyonçu ailənin qalmaqalı – oliqarx oğlu ekspertizaya gələcəkmi?
Sabah, fevralın 6-da Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyində SOCAR-ın sabiq vitse-prezidenti, oliqarx Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadə ekspertizadan keçirilməlidir. Onunla yanaşı qızı Nil İsmayılzadə də ekspertizada iştirak etməli, ondan da DNK nümunələri götürülməlidir. Saat 12-yə təyin olunan ekspertizaya Orxan İsmayılzadənin gəlib-gəlməyəcəyi bəlli deyil. Buna kimi ayrı-ayrı məhkəmə instansiyaları 5 ekspertiza təyin edib, Orxan İsmayılzadə həmin ekspertizalara qatılmayıb. Sayca 6-cı ekspertizanın işinə Orxan İsmayılzadə qatılacaqmı?
Hələ ki, bu sual açıqdır. Hazırda Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında hakim İkram Sabir oğlu Şirinovun icraatında Orxan İsmayılzadənin Sabunçu Rayon Məhkəməsinin 2(008)-5306/2024 saylı 23.09.2024-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti araşdırılmaqdadır. Orxan İsmayılzadə Sabunçu Məhkəməsinin qətnaməsinin ləğvini istəyir. İş üzrə iddiaçı Fidan Abbasovanın vəkilləri isə Sabunçu məhkəməsinin alimentlə bağlı hissəsi ilə razı deyillər. Onlar Orxan İsmayılzadədən qızı Nil İsmayılzadənin saxlanılması üçün məhkəmənin hər ay üçün kəsdiyi alimentin 500 manatdan 2 min manata qaldırılmasını istəyirlər. Qətnamənin qalan hissəsinin əsaslı və qanuni olduğunu qeyd edirlər. Məsələnin mahiyyəti budur ki, Fidan Abbasova uzun illərdir qızı Nilin atasının Orxan İsmayılzadə olmasını sübut etməyə çalışır. Lakin Orxan İsmayılzadə ötən illər ərzində qızı Nilə soyadını, adını verməkdən boyun qaçırıb, uşağın saxlanılması üçün tələb olunan vəsaiti ödəməkdən yayınıb. Buna görə də Fidan Abbasova məhkəmə qaydasında Orxan İsmayılzadənin övladının atası olmasını sübut etmək məcburiyyətində qalıb. İllər öncə məkəməyə təqdim etdiyi iddiası üzrə yekun qərar verilmədən geri götürülmüşdü. Fidan Abbasova mətbuata açıqlamasında bildirmişdi ki, 2017-ci ildə Sabunçu məhkəməsinə iddia təqdim edərək övladının atasının müəyyən edilməsini xahiş edib. Lakin o zaman Fidan Abbasova aldadılmaqla iddiasını geri çəkib. 7 il sonra, 2024-cü ildə o, icraata xitam verilməsi barədə Sabunçu Rayon Məhkəməsinin qərardadını alıb və iradəsi əksinə olan qərardadın ləğvini xahiş edib. Qərardad ləğv ediləndən sonra yenidən Sabunçu Rayon Məhkəməsində eyni predmet üzrə məhkəmə araşdırmaları başlayıb. Məhkəmədə Fidan Abbasova bildirib ki, Orxan İsmayılzadə ilə faktiki nikahdan 05.05.2015-ci il təvəllüdlü Nil adlı qızı dünyaya gəlib. Buna görə də məhkəmədə övladının adının atasının Orxan İsmayılzadə olmasının müəyyən edilməsi və buna dair doğum aktı qeydinin aparılması barədə qətnamə qəbul edilməsini xahiş edib.
Fidan Abbasovanın nümayəndəsi isə tələb edib ki, Orxan İsmayılzadədən 17.01.2017-ci il tarixdən başlamaqla 05.05.2015-ci il təvəllüdlü Nil Orxan qızı Abbasovanın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 2 min manat pul tutulsun. Nümayəndə məhkəmədə Orxan İsmayılzadə ilə Fidan Abbasovanın ailə qurmasıyla bağlı fikirlərini belə əsaslandırıb: “Orxan Mikayıl oğlu İsmayılzadə 2012-ci ilin may ayında Fidan Abbasova ilə tanış olaraq ailə qurmaq qərarına gəlib və faktiki nikaha daxil olaraq birgə yaşamağa başlayıblar. Orxan İsmayılzadə özünün mobil nömrəsi 050-450-X0-X0 olduğu üçün ona da həmin nömrəyə uyğun olaraq 055-450-X0-X0 mobil telefon nömrəsi və digər əşyalar alıb. Bakı şəhərində yaşadıqları təxminən 6 ay ərzində dəfələrlə görüşüblər və faktiki nikah münasibətləri davam edib. Faktiki nikaha daxil olduqdan sonra cavabdeh ona Almaniya Respublikasına getməyi təklif edib. Bu məqsədlə viza əldə edərək Almaniyaya gedib və özünün Münhen şəhərində yerləşən evində birlikdə yaşayıblar. Almaniyada yaşadıqları müddət ərzində bir sıra başqa ölkələrə səfərlər ediblər. Bu xüsusat Fidan Abbasova və Orxan İsmayılzadənin pasportlarında olan eyni tarixdə sərhəd-buraxılış məntəqəsində aparılmış qeydlərlə təsdiq olunur.
Beləliklə, 2012-ci ilin may ayından 3 sentyabr 2016-cı il tarixədək Orxan İsmayılzadə ilə faktiki nikah münasibətlərində olublar. Faktiki nikahdan 5 may 2015-ci il tarixdə Nil adlı qızları anadan olub. Orxan uşağın atası olduğu halda, uşağın atası kimi yazılmasına dair ərizə verməyib, səbəbini onunla əsaslandırıb ki, onun valideynləri uşağın atası kimi yazılmasına razılıq vermirlər və hətta bununla əlaqədar atası onu döyüb. Nəticədə faktiki nikahdan 5 may 2015-ci il tarixdə anadan olmuş uşağın ata adından istifadə etmək hüququ pozulub”. Orxan İsmayılzadə Fidan Abbasovanın iddiası əsasında başladılan məhkəmə proseslərinə gəlməkdən boyun qaçırıb. Məhkəmənin təyin etdiyi “atalığın müəyyən edilməsinə dair” ekspertizadan da keçməkdən yayınıb.Məhkəmə iddiaçını və iş materiallarında olan sənədləri araşdırmaqla iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarıb. Bakı Apelyasiya Məhkəməsinin hakimi İkram Şirinov hesab edib ki, həqiqətin üzə çıxması üçün Orxan İsmayılzadə və qızı Nil İsmayılzadə DNK testindən keçməlidirlər.
Ekspertiza fevralın 6-da, saat 12-təyin olunub. Buna qədər iş üzrə ayrı-ayrı məhkəmə instansiyalarında Orxan İsmayılzadə və qızı Nil İsmayılzadənin DNK ekspertizasından keçirilmələri haqda 5 məhkəmə qərar verib. Həmin qərarların icrası Orxan İsmayılzadənin ekspertizaya qatılmamasına görə baş tutmayıb.
OXŞAR XƏBƏRLƏR

Prezident bu şəxsləri əfv etdi - Siyahı
Axtarışda olan məşhur milyonçunun oğlu məhkəməni uduzdu – adını da, alimenti də verəcək!
Prezident bu məhkəmələrə hakimlər təyin etdi - Siyahı
Media nümayəndələri təltif edildi - Siyahı
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12
Yaxşı ki, yatmamışdım - Evi yanan musiqiçi 2026-07-16 , 09:08
Aytən Səfərova:"Yazırlar ki, "nə boydadır?" - Video 2026-07-16 , 09:00
Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət 2026-07-16 , 08:53
Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA 2026-07-15 , 17:04
1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video 2026-07-15 , 16:51
Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - VİDEO 2026-07-15 , 16:49
Hüseyndən Zaur Kamala: "Pulumu qaytar, 1500 manat..." 2026-07-15 , 16:43
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama 2026-07-15 , 16:16
Sumqayıtda qanunsuz söküntü iddiası 2026-07-15 , 16:14
Sumqayıtda 35 günlük körpə həkim səhlənkarlığının qurbanı olub?-TƏFƏRRÜAT 2026-07-15 , 16:13
Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib" 2026-07-15 , 16:11
Rəqsanə hovuz kənarında: “Qaşları həddən artıq dartılıb”, – dedilər - VİDEO 2026-07-15 , 16:09
Şirkətlər “AccessBank”dan pullarını geri çəkir 2026-07-15 , 16:05
"Kompleksim olsaydı, bu reklama çəkilməzdim" 2026-07-15 , 16:03
Tiktoker "Arzum"un həbsi ilə bağlı şok detallar 2026-07-15 , 01:31
Zaur Nəbioğluya vəzifə verildi 2026-07-15 , 01:17
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - VİDEO 2026-07-15 , 00:55