44 günə yazılan tarix, 3 ildə tamamlanan suverenlik- Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə zirvəyə yüksəlir
Artıq 4 ilə yaxındır ki, Rusiya–Ukrayna müharibəsi davam edir. İlk mərhələdə qısa müddətdə nəticələnəcəyi ehtimal olunan bu qarşıdurma zaman keçdikcə daha mürəkkəb və dağıdıcı xarakter alıb.
Digər tərəfdən, son olaraq İran-ABŞ-İsrail gərginliyi çərçivəsində baş verən hadisələr də qlobal sabitlik üçün ciddi risklər yaradır. Doğrudur, hazırda tərəflər arasında dünəndən etibarən 14 günlük atəşkəs əldə olunub. Amma bu münaqişənin yenidən baş qaldıra biləcəyi və uzunmüddətli davam etmə ehtimalı beynəlxalq ictimaiyyəti narahat edir.

Məhz belə mürəkkəb və qeyri-müəyyən beynəlxalq mühitdə Azərbaycanın əldə etdiyi hərbi-siyasi nəticə bir daha müzakirə olunur. Şəksiz İkinci Qarabağ müharibəsində cəmi 44 gün ərzində Ermənistanı kapitulyasiyaya məcbur edən Azərbaycanın qələbəsi müharibə tarixində nadir rast gəlinən bir nümunədir.
Bunun davamı kimi 2023-cü il antiterror əməliyyatı ilə Azərbaycan suverenliyini tam şəkildə bərpa etməklə yeni reallıq yaratdı.

Sözsüz ki, bütün bu uğurların mərkəzində Ali Baş Komandan İlham Əliyev fenomeni dayanır. Onun uzunmüddətli strategiyası, prinsipial mövqeyi və dəyişən beynəlxalq şəraitdə çevik qərar vermə bacarığı bu qələbəni şərtləndirən əsas amillərdən biri oldu.
Bir sözlə son illərdə müasir müharibələrin uzandığı, nəticələrin qeyri-müəyyən qaldığı bir dövrdə Azərbaycanın əldə etdiyi nəticə yeni bir model kimi qəbul olunur.

Milli Məclisin deputatı Naqif Həmzəyev Musavat.com-a dedi ki, müasir dünyada onilliklər boyu davam edən münaqişələrin tükənməz bir girdaba çevrildiyi bir dövrdə Azərbaycan tamamilə fərqli bir tarix yazdı:
“Otuz ilə yaxın müddət ərzində torpaqlarının beşdə birindən artığı işğal altında saxlanılan, bir milyondan çox vətəndaşı öz doğma yurdundan didərgin düşən bu xalq, nəhayət, 2020-ci ilin payızında tarixini dəyişdi. Prezident İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi hərb meydanında olduğu kimi, diplomatiya meydanında da Azərbaycanın uğurlarını şərtləndirdi. Bu qələbənin kökləri isə çox daha əvvələ-uzun illər ərzində həyata keçirilən sistemli hazırlığa gedib çıxır. Hər böyük qələbənin arxasında uzunmüddətli bir iradə dayanır. Prezident İlham Əliyev üçün bu iradə ilk gündən aydın idi. O, Azərbaycanın milli maraqlarını uca tutaraq münaqişənin həllini hərb, diplomatiya və informasiya müstəvisi üzrə eyni anda apardı. Beynəlxalq platformalarda Ermənistanın işğalçılıq siyasətini ardıcıl şəkildə ifşa edən Prezident, 2019-cu ildə "Valday" Beynəlxalq Diskussiya Klubunda "Qarabağ Azərbaycandır və nida işarəsi!" deməklə bütün dünyaya tarixi pozisiyasını elan etdi. Bu, sadə bir söz deyildi, bu, geri dönülməz bir siyasi iradənin bəyannaməsi idi.

Azərbaycan diplomatiyasının son 17 ildəki ardıcıl səyləri nəticəsində münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq qurumların sənədlərini bu mübarizə üçün hüquqi baza yaratdı. Beynəlxalq arenada bu qədər geniş hüquqi legitimlik qazanmaq özlüyündə mühüm strateji uğur idi”.
Parlamentari onu da diqqətə çatdırdı ki, 2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsi müasir hərb tarixinə nadir bir nümunə kimi daxil oldu:
“Onilliklər boyunca həll edilə bilinməyən münaqişəyə cəmi 44 günə yekun vuruldu. Şanlı Vətən müharibəsi Prezident İlham Əliyevin əvvəlcədən görünməyən bir liderlik keyfiyyətini, sərkərdəlik məharətini üzə çıxardı. Ali Baş Komandan kimi hərbi əməliyyatları şəxsən izləyən, hər mərhələdə qəti qərarlar verən Prezident, eyni zamanda, diplomatik cəbhəni də ustalıqla idarə etdi. Müharibə dövründə dövlət başçısı xarici KİV-ə otuzadək müsahibə verdi ki, bu da münaqişə və Qarabağla bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynadı.
Diplomatik cəbhədə isə möhkəm bir koalisiyanın qurulması həlledici əhəmiyyət daşıdı. İlham Əliyev tərəfindən münaqişə prosesinə Türkiyə, Pakistan, Qoşulmama hərəkatı, Türk Şurası kimi yeni aktorların daxil edilməsi qələbənin əldə edilməsində böyük rol oynadı. Müharibənin gedişində Türkiyənin diplomatik-siyasi baxımdan Azərbaycanı birmənalı şəkildə dəstəkləməsi bir sıra ölkələri, ilk növbədə isə Rusiyanı hadisələrə müdaxilədən çəkindirdi.

2020-ci il noyabrın 8-i tariximizə ən şanlı gün kimi yazıldı: Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın baş tacı olan Şuşa şəhəri azad edildi. Şuşanın azad olunması — bu, simvolik baxımdan da müharibənin qayıdılmaz nöqtəsi idi.
Tarix göstərir ki, müharibəni qazanmaq çox vaxt onun meyvəsini qorumaqdan asandır. Prezident İlham Əliyevin möhtəşəmliyini müəyyən edən məqam da məhz budur: o, hərbi qələbəni diplomatik, hüquqi və siyasi uğura çevirməyi bacardı. 2020-ci il 10 noyabr bəyanatı münaqişənin aktiv fazasını dayandırsa da, post-müharibə reallıqları avtomatik olaraq sabitlik və suverenlik yaratmırdı. Bu mərhələ daha mürəkkəb və çoxşaxəli qərarların verilməsini tələb edirdi. Müharibədən sonrakı mərhələdə Azərbaycan siyasi təşəbbüsü öz əlində saxladı.
Bu siyasi təşəbbüs öz bəhrəsini verdi. Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü açıq şəkildə tanıması münaqişənin illərlə davam edən "status" mübahisəsinə faktiki son qoydu. Bu addım hərbi nəticələrin siyasi legitimliklə möhkəmləndirilməsi baxımından həlledici idi.
Lakin Prezident İlham Əliyevin gördüyü iş bununla bitmədi. Hüquqi tanınma əldə olunsa da, Azərbaycan torpağında qeyri-qanuni silahlı strukturların mövcudluğu davam edirdi”.

Milli Məclis təmsilçisi onu da xüsusi olaraq vurğuladı ki, 2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusu Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirlərini hərb tariximizə daha bir parlaq səhifə kimi yazdı və qarşıya qoyulan hədəflərə 24 saatdan da az müddətdə nail olundu: “Əməliyyatın qısa müddətdə və minimal itkilərlə başa çatması dövlətin hərbi planlaşdırma və icra qabiliyyətinin göstəricisi oldu.
Beləliklə, üç illik ardıcıl siyasi idarəetmə nəticəsində Azərbaycan suverenliyini bütün ölçülərdə-hərbi, hüquqi, siyasi və ərazivi baxımdan tam şəkildə bərpa etdi. Prezident Əliyev ortaya yeni model qoydu. Bu modelin mərkəzində Prezident İlham Əliyevin siyasi iradəsi, ardıcıl qərarvermə mexanizmi və milli resursların düzgün səfərbərliyi dayanır. Lider, xalq, ordu birliyi yalnız müharibə dövründə deyil, post-münaqişə mərhələsində də effektiv işləyən sistemə çevrildi.

Pakistanın Baş naziri Şahbaz Şərif bu həqiqəti dəqiq ifadə etdi:
"Siz bacarıqlı diplomatiya sayəsində sülhü qazandınız".
Azərbaycan təcrübəsi göstərir ki, müasir dövrdə qalibiyyət yalnız hərbi meydanda qazanılmır. Qələbə diplomatiya, hüquq və institusional idarəetmə ilə tamamlandıqda davamlı və dönməz xarakter alır. Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan bu yanaşma Cənubi Qafqaz üçün yeni siyasi reallıq yaratmaqla yanaşı, beynəlxalq münaqişələrin həlli baxımından da alternativ model kimi diqqət çəkir.
Rusiya–Ukrayna müharibəsinin illərlə uzandığı, İran–ABŞ–İsrail gərginliyinin qlobal sabitliyi sarsıtdığı bu çətin beynəlxalq mühitdə Azərbaycanın qazandığı nəticə daha da parlaq görünür. Dünya münaqişələrin necə uzandığını, qələbəsiz sülhün necə mümkünsüz olduğunu görəndə, Azərbaycanın 44 günlük zəfəri, üç illik siyasi səbri və tam suverenliyə gedən yolu — hamısı bir yerdə — Prezident İlham Əliyevin tarixə bəxş etdiyi qeyri-adi bir dövlətçilik nümunəsi kimi qalacaq”.
OXŞAR XƏBƏRLƏR

Prezident İlham Əliyevin ABŞ səfəri: Yeni geosiyasi reallıqların təntənəsi TƏHLİL
Rauf Arifoğlu: “Əli Kərimli dedi ki, məni Ramil Usubov və Ramiz Mehdiyevlə görüşdür” - MÜSAHİBƏ
Prezident bəzi qanunlara DƏYİŞİKLİK ETDİ
Prezident bu şəxsləri əfv etdi - Siyahı
İlham Əliyev Davosda “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə iştirak edib - FOTO
Prezidentlər Birgə Bəyanat imzaladılar
“Ares”in Azərbaycanın yaşıl enerjisinə marağı...
“Avropa ehtiyaclarını kimin ödəyəcəyi üçün Rusiya ilə rəqabət etmirik”
Prezident XIII Qlobal Bakı Forumunun AÇILIŞINDAYENİLƏNİB
Ölən hərbçimizlə bağlı yayılan paraşüt görüntüləri yalandır - Foto 2026-07-18 , 20:13
Vasif Məhərrəmli:"Hər iki halda sən axmaq adamsan" -- VİDEO 2026-07-18 , 17:29
"Qızlarınıza cehiz verməyin" - Video 2026-07-18 , 17:24
İran ABŞ aviabazasını vurdu: qırıcılar məhv edildi 2026-07-18 , 17:20
Türkanın müzakirə yaradan paylaşımı: "Qal yana-yana" - VİDEO 2026-07-18 , 17:15
Kadırov NATO-ya müharibə elan etdi 2026-07-18 , 17:10
"Ərinizin subay dostlarını evinizə buraxmayın" - Seda Sayan 2026-07-18 , 17:10
“MediHall Hospital”ın direktoru 25 min manat cərimələndi – Səbəb nədir? 2026-07-18 , 17:08
Ruhəngiz Allahverdiyeva: “Ondan yaxşı arvad olmaz” - VİDEO 2026-07-18 , 17:07
Nəfəs “Ağa”nı kimdən oğurlayıb? - 2 iranlı müəllifin adı hallanır 2026-07-18 , 17:01
Mətanət İsgəndərli plastik əməliyyat etdirdi 2026-07-18 , 16:56
Səməd Vurğun oğlunun rus bölməsində oxumasına niyə razı olmadı? 2026-07-18 , 16:53
Trampı öldürənə bu qədər pul verəcəklər: qisas planı hazırlandı 2026-07-18 , 16:52
Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında - FOTO 2026-07-18 , 16:50
"O qadın boşanır ki, tüfeyli heyatını rahat yaşasın" - VİDEO 2026-07-18 , 16:48
Lalənin çimərlik geyimində görüntüləri müzakirə səbəb oldu - VİDEO 2026-07-18 , 16:00
İranın hücumları: Küveytdə bütün uçuşlar dayandırıldı 2026-07-18 , 15:57
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14