İmtiyazlı podratçı: Deputat oğlunun “Crystal Group”u dövlət büdcəsini necə "idarə edir"?
Azərbaycan Respublikasının Konstitusiyası və "Deputatın statusu haqqında" qanunvericilik birmənalı şəkildə parlament üzvünə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı qadağan edir. Lakin ölkənin tikinti sektorunda hegemonluq edən “Kristal Bakı” ASC (köhnə adı “Kristal Abşeron”) və "Crystal Group"un fəaliyyət trayektoriyası qanunun bu tələbinin mürəkkəb korporativ strukturlar vasitəsilə necə "bypass" edildiyinə dair ciddi suallar doğurur. Xüsusilə Yasamal rayonundakı səs-küylü söküntü və tikinti işlərinin sənəd üzərində "Kristal Bakı" ASC tərəfindən aparılması, əslində nəhəng bir biznes zəncirini kiçik hüquqi halqalarla pərdələmək cəhdindən başqa bir şey deyil.
Bu yazı, övlad adı altında gizlənmiş deputat biznesinin qanunvericiliklə ziddiyyətini və "Kristal" markasının arxasındakı qeyri-şəffaf idarəetmə modelini faktlarla araşdırır.
Vitrində parlaq reklamlar, arxa planda qaranlıq rəqəmlər
"Crystal Group"un rəsmi platformalarını araşdırdıqda ilk diqqət çəkən məqam, saytın korporativ hesabatlılıqdan daha çox, satış yönümlü bir vitrin rolunu oynamasıdır. Şirkətin saytındakı "Layihələr" bölməsi fəaliyyətin miqyasını vizual olaraq nümayiş etdirsə də, bir jurnalist araşdırması üçün vacib olan bir çox sualı cavabsız qoyur. Şirkət Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) və digər dövlət qurumlarının layihələrində aktiv iştirak edir, lakin saytda bu əməkdaşlıqların hüquqi və maliyyə tərəfləri haqqında məlumat yoxdur. Bu sifarişlərin hansı şərtlərlə və hansı tenderlərdə qalib gəlinərək alındığına dair məlumat bölməsi mövcud deyil, dövlət layihələrinə ayrılan büdcə və bu büdcənin istifadəsinə dair audit hesabatları isə tamamilə yoxdur.Saytda layihələr yalnız binanın yerləşmə yeri və mənzil planları ilə məhdudlaşır. Azərbaycanda iri tikinti şirkətlərinin şəffaflığı qanunvericiliklə təşviq edilsə də, "Crystal Group"un saytında illik dövriyyə, mənfəət və vergi öhdəlikləri barədə heç bir məlumat əks olunmur. Xüsusilə Yasamal və digər ərazilərdəki söküntülər zamanı yaranan narazılıqlar, məsələn, 400-500 manatlıq kompensasiya iddiaları fonunda şirkətin hesabatının olmaması diqqət çəkir.
Prokurorluqdan hava limanına: "imtiyazlı" podratçı
Holdinqin portfelini dərindən araşdırdıqda dövlətin ən strateji və nüfuzlu qurumları üçün reallaşdırılan onlarla layihə üzə çıxır. Şirkət hüquq-mühafizə orqanları üçün bir çox inzibati binaların tikintisini həyata keçirib. Nərimanov, Pirallahi, Şəki, Kürdəmir və Qəbələ rayon prokurorluqlarının binaları məhz bu holdinqin qolları tərəfindən inşa, təmir və təchiz edilib. Şirkət eyni zamanda Yeni Azərbaycan Partiyasının yeni binası, Maliyyə Nazirliyinin Xəzinədarlıq İdarəsi, DTX-nın Bilgəh istirahət kompleksi, ADA Universiteti yataqxanası və Azərbaycan İlahiyyat İnstitutu kimi obyektlərin işlərini də öz üzərinə götürüb.İşğaldan azad edilmiş ərazilərdə Zəngilan Beynəlxalq Hava Limanının torpaq yatağı, Zəngilan Ağalı Hoteli və Horadiz-Ağbənd avtomobil yolu kimi strateji işlər də bu portfelə daxildir. Lakin bu qədər çox strateji dövlət işlərinin məhz bu holdinqə həvalə edilməsinin hansı tender şərtləri ilə baş tutduğu məlum deyil. Dövlət sifarişi ilə görülən işlərdə vergi ödəyicilərinin pulları istifadə olunsa da, "Crystal Group" heç bir maliyyə hesabatı yayımlamır.
Bütün qeyd edilənlərlə bağlı "Crystal Group"un e-mail ünvanına ünvanladığımız sorğuya, təəssüf ki, cavab verilmədi. Hər bir halda qarşı tərəfin mövqeyini verməyə hazırıq.
https://afn.az/171342-imtiyazli-podratci.html

Prezidentin cavablandırdığı suallar - Tam mətn
Vəkillər Kollegiyasının 2024-cü il üzrə fəaliyyəti barədə - HESABAT
Prezident bu şəxsləri əfv etdi - Siyahı
Prezident hərbçiləri təltif etdi – Sərəncam
MİLLİ MƏCLİSİN DANIŞMAYANLARI – Son çağırışın ən passiv deputatları kimlər oldu? + SİYAHI
Prezident sərəncam imzaladı
Rauf Arifoğlu: “Əli Kərimli dedi ki, məni Ramil Usubov və Ramiz Mehdiyevlə görüşdür” - MÜSAHİBƏ
Media nümayəndələri təltif edildi - Siyahı
Azərbaycanın inkişaf salnaməsinə 2024-cü ildə yazılan uğur səhifələri
İlham Əliyev Davosda “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə iştirak edib - FOTO
Azərbaycanda vəkilliyin inkişafı “Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu – 25 il
EMİN HÜSEYNLİ VƏ DİGƏRLƏRİNİN İŞİ…-FƏRƏMƏZ NOVRUZOĞLU YAZIR
Müstəqil və bütöv Azərbaycan Heydər Əliyev siyasi irsinin təntənəsidir
“Heydər Əliyevin həyat yolu Azərbaycan xalqının mənəvi xəzinəsidir”
İran Dubayda Heydərovlara məxsus 30 milyon dollarlıq rezidensiyanı vurdu - Nicat Heydərov təxliyə edildi
Azərbaycanda insan hüquqlarının etibarlı müdafiəsi: görülən işlər və perspektivlər
Keçmiş icra başçısının daha bir əmlakı hərracda satıldı 2026-06-18 , 17:11
“Bu, mənim qəmimdir, kimə nə aidiyyəti var?!” 2026-06-18 , 17:10
6 günlük qızına məclis etdi - Video 2026-06-18 , 17:05
"Zalı bağlatdırıb konsertə tək baxa bilər, amma məndən dəvətnamə istəyir" 2026-06-18 , 16:03
Zəhranın sevgilisi: “Bir yarım məzara getdi...” - FOTO 2026-06-18 , 15:56
"Övladım olsaydı, xoşbəxt qadın olardım" - VİDEO 2026-06-18 , 15:37
İlham Əliyev Bakıda açılış mərasimində - Fotolar - Yenilənib 2026-06-18 , 15:26
Aysel marketdən aldığı peçenyədən zəhərlənib - Foto 2026-06-18 , 15:23
Kəmalə Ağazadədən xəbərdarlıq: “Xırdalan nəzarətə götürülməlidir” 2026-06-18 , 15:21
Fərhad Mehdiyev susmadı: “Qızım nə videolar çəkibsə, yaxşı edib” 2026-06-18 , 14:45
“Azəriqaz”da müəmmalı kadr siyasəti: Qazini belə incidirlər – Şikayət 2026-06-18 , 14:42
“Kaş yaşayardı, o videoları çəkməyə davam edərdi” – Fərhad Mehdiyev qızından danışdı 2026-06-18 , 14:39
“Qızım mənə “bloqerlər vəkillərdən çox pul qazanır” deyirdi…” 2026-06-18 , 14:38
“Bakcell”in dəstəyi ilə 5-ci “YAŞAT” düşərgəsi başlayıb 2026-06-18 , 14:37
Xatirə geyimi ilə diqqət çəkdi — VİDEO 2026-06-18 , 14:21
"3 ay bir ayağım tamamilə işləmədi, yatağa düşdüm" 2026-06-18 , 14:15
"Başqa qadınla münasibəti var idi, onu evdən qovdum" - Əməkdar artistin keçmiş xanımı 2026-06-17 , 18:10
Məşhur deputatın ailəsinə 2.5 milyonluq zərbə! Əmlakları əldən gedir... 2026-06-17 , 16:54
Seda Sayanla Gülbən Ergendən bir-birinə ağır sözlər - Video 2026-06-17 , 16:49
"Yazırlar ki, gül kimi qız estetik etdirir" 2026-06-17 , 16:46
Prezident bu şəxsləri təltif etdi - Siyahı 2026-06-17 , 16:42
Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi 2026-06-17 , 16:41
Rəvan Qarayev: “Həyat yoldaşım buna icazə vermir” 2026-06-17 , 16:32
"Könül Kərimovanın oğlunun səsi yoxdur" 2026-06-17 , 16:30
Fərhad Mehdiyevin qızının həlak olduğu qəzanın VİDEOsu 2026-06-17 , 16:23
Ötən gün faciəvi şəkildə ölən Zəhranın - FOTOsu 2026-06-17 , 16:20
Müəllimlərin geyimi ilə bağlı yanlış təqdimat - Əslində necə olacaq? 2026-06-17 , 16:18
Bir vəkil Kollegiyadan xaric edildi, 5-i cərimələndi 2026-06-17 , 16:11
Veysəloğlu Şirkətlər Qrupu bu mövzuda forum keçirib - FOTO 2026-06-16 , 17:33
Sevda Yahyayeva həyat yoldaşını öpüşlərə qərq etdi - Video 2026-06-16 , 17:01
Leyla Əliyevanın iştirakı ilə Bonnda Xəzərin səviyyəsinin azalmasının ekoloji təsirləri müzakirə olunub 2026-06-16 , 16:52
İcra başçısı şəhidin məhəlləsini yarımçıq asfaltladı – Fotolar 2026-06-16 , 16:51
“Kloun” serialının 74 yaşlı “İvet”i çimərlik geyimində – Video 2026-06-16 , 16:48
Qatarlarda NARAZILIQ: Sərnişinlər ADY-ni tənqid etdi – Foto 2026-06-16 , 16:45
"Dünya sənin, dünya mənim" mahnısını xəstəxanada bəstələdim" 2026-06-16 , 16:43
Afaq Aslan təcili xəstəxanaya yerləşdirildi - VİDEO 2026-06-16 , 16:40
Azərbaycanlı çoban amansızcasına döyüldü 2026-06-16 , 16:38
Müəllimlərin geyimi ilə bağlı hüquqi əsas yaradılır 2026-06-16 , 16:34
Kərimdən ana olan Çinarəyə xüsusi jest - VİDEO 2026-06-16 , 16:32
Tramp: “Mən olmasaydım, İsrail yox olacaqdı” 2026-06-16 , 16:24
Həmid Herisçi Xalq artistinə şeir həsr etdi: “Axtarır onu indi İnterpol” 2026-06-15 , 20:39
Aysellə Sənan dini nikaha daxil oldu - VİDEO 2026-06-15 , 20:31
Mahsun Kırmızıgül Bakıya onun oğlunun toyuna gəlibmiş - VİDEO 2026-06-15 , 20:26
Ərdoğan Azərbaycanı təbrik etdi 2026-06-15 , 20:19
Mahsun Kırmızıgül Bakıda toyda oxudu – Video 2026-06-15 , 20:09