Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Hava kəskin pisləşir: Bakıya güclü yağış yağacaq - XƏBƏRDARLIQ

Hava kəskin pisləşir: Bakıya güclü yağış yağacaq - XƏBƏRDARLIQ

Hava kəskin pisləşir: Bakıya güclü yağış yağacaq - XƏBƏRDARLIQ
2026-05-07 , 16:00

Sabah ölkənin bir sıra ərazilərində yağış yağacaq.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında mayın 8-i səhər və gündüz saatlarında arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində yağışın qısa müddətə intensivləşəcəyi ehtimal olunur. 
Azərbaycanın rayonlarında may ayının birinci ongünlüyünün son günlərində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir. Belə ki, 8-də bəzi rayonlarda, 9-10-da isə əsasən gündüz saatlarında dağlıq və dağətəyi rayonlarda yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq rayonlarda qar yağacağı, 8-də bəzi yerlərdə yağıntıların bir qədər güclənəcəyi ehtimalı var.
Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəz dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.