Yenilik.Az
www.Yenilik.Az » Ölkə » WUF13 üzrə yekun sənəd BMT Baş Assambleyasına təqdim ediləcək

WUF13 üzrə yekun sənəd BMT Baş Assambleyasına təqdim ediləcək

WUF13 üzrə yekun sənəd BMT Baş Assambleyasına təqdim ediləcək
2026-05-17 , 10:40

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində nazirlərin görüşünün yekunları BMT Baş Assambleyasında Yeni Şəhər Gündəliyinin icrasına dair keçiriləcək aralıq qiymətləndirməyə təqdim olunacaq.

Bunu çıxışında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 üzrə Milli Koordinator Anar Quliyev bildirib.
Onun sözlərinə görə, bugünkü toplantı nazirlərə əldə olunan irəliləyişi qiymətləndirmək, qabaqcıl təcrübələri bölüşmək və Yeni Şəhər Gündəliyinin 2036-cı ilədək icrası üçün prioritetləri müəyyənləşdirmək imkanı yaradır. 
Anar Quliyev qeyd edib ki, nazirlərin görüşünün yekun sədrlik xülasəsi bu ilin iyul ayında Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında keçiriləcək yüksək səviyyəli aralıq icmal prosesinə mühüm töhfə verəcək.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.