Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Fransa səfiri ölkəmizə təşəkkür etdi

Fransa səfiri ölkəmizə təşəkkür etdi

Fransa səfiri ölkəmizə təşəkkür etdi
2026-05-17 , 14:43

“İlk növbədə Azərbaycana bu tədbirdə iştiraka dəvət üçün təşəkkür edirik”.

Yenilik.az xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfiri Sofi Laqut WUF13 çərçivəsində təşkil olunan nazirlərin dəyirmi masasında çıxış edərkən deyib.
Fransalı diplomat qeyd edib ki, Fransa 2019-cu ildən bu yana davamlı inkişaf layihələrinə 3,1 milyard avro yönəldib. Bildirilib ki, həmin vəsaitdən təqribən 400 milyon avro Afrika, Asiya, Karib hövzəsi və Asiya-Sakit okean regionunda həssas ərazilərin bərpası və zərər çəkmiş ərazilərin yenidən qurulması layihələrinə ayrılıb.
Səfirin sözlərinə görə, Fransada məskunlaşma sahəsində prioritet məsələ iqlim dayanıqlığı, mobillik, yerli idarəetmə sisteminin yaxşılaşdırılmasıdır. Bununla yanaşı, S. Laqut ölkəsinin yaşayış məskənlərinin əlçatanlığı üçün müxtəlif proqramları davam etdirəcəyini diqqətə çatdırıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.