Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » Baş nazir Əli Əsədov Qazaxıstanın Baş nazirinin müavini ilə görüşüb

Baş nazir Əli Əsədov Qazaxıstanın Baş nazirinin müavini ilə görüşüb

Baş nazir Əli Əsədov Qazaxıstanın Baş nazirinin müavini ilə görüşüb
2023-04-07 , 18:26

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Qazaxıstan Respublikasının Baş nazirinin müavini - ticarət və inteqrasiya naziri Serik Jumanqarin ilə görüşüb.

Yenilik.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən bildirilib.
Görüşdə Azərbaycan ilə Qazaxıstan arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, tərəflər ikitərəfli ticarət dövriyyəsinin artım tempini müsbət qiymətləndiriblər.
Tərəflər, həmçinin ticarət-iqtisadi, investisiya, nəqliyyat-logistika, sənaye, mədəni-humanitar və qarşılıqlı maraq doğuran digər sahələrdə gələcək əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.