Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » Prezidentdən Bakı-Tbilisi-Qars dəmiryolu ilə bağlı VACİB AÇIQLAMA

Prezidentdən Bakı-Tbilisi-Qars dəmiryolu ilə bağlı VACİB AÇIQLAMA

Prezidentdən Bakı-Tbilisi-Qars dəmiryolu ilə bağlı VACİB AÇIQLAMA
2023-09-25 , 18:11

Yaxın aylarda Bakı-Tbilisi-Qars dəmiryolunun imkanları beş milyon tona qədər artırılacaq.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 25-də Naxçıvanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında deyib.
"Biz bu gün sizinlə eyni zamanda Bakı-Tbilisi-Qars dəmiryolunun tutumunun genişləndirilməsi ilə bağlı fikir mübadiləsi apardıq və mən sizə məlumat verdim ki, yaxın aylarda bu yolun imkanları bir milyondan beş milyon tona qədər artırılacaq. Azərbaycanı Naxçıvan və Türkiyə ilə birləşdirən dəmiryolunun inşası da uğurla gedir. Azərbaycan ərazisində işlər böyük ehtimalla gələn ilin sonunda başa çatmalıdır", - dövlət başçısı qeyd edib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.