Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » Putin Əliyev-Paşinyan görüşündə niyə iştirak etmədi?

Putin Əliyev-Paşinyan görüşündə niyə iştirak etmədi?

Putin Əliyev-Paşinyan görüşündə niyə iştirak etmədi?
2023-12-27 , 15:30

Ermənistan tərəfinin rəsmi məlumatına görə, Sankt-Peterburqda İlham Əliyevlə Nikol Paşinyan arasında qeyri-rəsmi görüş keçirilib. Tərəflər sülh gündəliyini müzakirə edib. Bu, Qarabağda erməni separatizminin ləğvindən sonra tərəflər arasında ilk görüşdür.

Musavat.com xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı qeyd edib.
“Əsas diqqətçəkən məqam görüşün ikitərəfli formatda keçirilməsi, Putinin iştirak etməməsidir. Görünür, Sankt-Peterburqdan sonra Qərbin görüş təşkilində israr edəcəyi gözləntisinə qarşı üçüncü tərəflərin prosesdə iştirak etməməsi prinsipi qorunub. Putin üçün hazırda əsas olan görüşün Rusiyada baş tutmasıdır”.
Qeyd edək ki, 26 dekabrda Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi sammiti baş tutub.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.