Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » Azərbaycanın yeni Baş naziri TƏSDİQLƏNDİ

Azərbaycanın yeni Baş naziri TƏSDİQLƏNDİ

Azərbaycanın yeni Baş naziri TƏSDİQLƏNDİ
2024-02-16 , 17:41

Prezident İlham Əliyevin təqdimatı əsasında Baş nazir vəzifəsinə namizədliyi təqdim edilmiş Əli Əsədovun namizədliyi Milli Məclisdə təsdiqlənib.

Musavat.com bildirir ki, 105 deputat lehinə, 1 əleyhinə, 1 bitərəf olmaqla yeni Baş nazirə səs veriblər.
Əli Əsədov deputatlar qarşısında çıxış edərək ona etimad göstərən Prezidentə və deputatlara təşəkkür edib.
 ***
Milli Məclisin növbəti iclası başlayıb.
Musavat.com-un xəbərinə görə, spiker Sahibə Qafarova giriş nitqində prezident seçkisinin nəticələrindən bəhs edib, Prezident İlham Əliyevi yenidən inamlı qələbə qazanması münasibətilə təbrik edib.
Daha sonra gündəliyin müzakirəsinə keçilib. Sədr deyib ki, bu gün gündəlikdə 8 məsələ var.
Sahibə Qafarova bildirib ki, birinci məsələ Azərbaycan Respublikasının Baş nazirinin təsdiqlənməsi ilə bağlı qərar layihəsidir. Spiker qeyd edib ki, Prezident İlham Əliyev Baş nazir vəzifəsinə Əli Əsədovun razılığının verilməsi ilə bağlı Milli Məclisə müraciət edib. Bundan sonra Sahibə Qafarova Baş nazirliyə namizəd Əli Əsədov haqqında məlumat verib.
Sonra çıxışlar başlayıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.