Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » “Bu, bizim fikirlərimizi söyləmək üçün fürsət olacaq”

“Bu, bizim fikirlərimizi söyləmək üçün fürsət olacaq”

“Bu, bizim fikirlərimizi söyləmək üçün fürsət olacaq”
2024-04-23 , 15:59

“Biz Avrasiya İqtisadi Birliyinin bəzi tədbirlərinə Prezident və Baş nazir səviyyəsində dəvət edilmişik”.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışı zamanı söyləyib.
Avrasiya İqtisadi Birliyinin tədbirlərində bir dəfə fəxri qonaq kimi iştirak etdiyini xatırladan dövlət başçısı vurğulayıb: “Ermənistan istisna olmaqla, Avrasiya İqtisadi Birliyinə üzv bütün ölkələrlə Azərbaycanın çox sıx tərəfdaşlıq münasibətləri var”.
İlham Əliyev qeyd edib ki, iqlim dəyişiklikləri məsələlərinin həlli baxımından biz həqiqətən istərdik ki, COP29 uğurla keçsin: “Eyni zamanda, bu, bizim fikirlərimizi söyləmək üçün fürsət olacaq”.
Dövlət başçısı deyib: “Siz tam haqlısınız ki, bizim dünyaya söyləyəcəyimiz məsələlər çoxdur. Həqiqəti söyləmək imkanımız var. Hesab edirəm, ev sahibi ölkə olmağın üstünlüklərindən biri ondan ibarətdir ki, biz on minlərlə insanı qəbul edəcəyik. Onların əksəriyyəti ölkəmizə ilk dəfə səfər edəcəklər”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.