Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » Prezidentdən təbrik

Prezidentdən təbrik

Prezidentdən təbrik
2024-09-03 , 12:16

Prezident İlham Əliyev San-Marino Regent Kapitanları Alessandro Rossi və xanım Milena Qasperoniyə təbrik məktub ünvanlayıb.

Məktubun mətnində deyilir:
“Zati-aliləri,
Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.
Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, San-Marino xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.