Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » İlham Əliyev Paşinyanla BRİCS Sammitində söhbət etdi - Video 

İlham Əliyev Paşinyanla BRİCS Sammitində söhbət etdi - Video 

İlham Əliyev Paşinyanla BRİCS Sammitində söhbət etdi - Video 
2024-10-24 , 16:32

Xəbər verdiyimiz kimi, hazırda Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatının ilk plenar iclası keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.

“Qafqazinfo”nun TASS-a istinadən məlumatına görə, tədbirdə dəyirmi masa ətrafında ölkələr əlifba sırası ilə yerləşdirilib.
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı əyləşib.
Bildirilib ki, tərəflər tədbirin əvvəlində bir neçə cümləlik fikir mübadiləsi aparıblar. Sonradan onlara hər iki ölkənin xarici işlər naziri də qoşulub.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.