Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng etdi

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng etdi

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng etdi
2024-12-10 , 17:19

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Yenilik.az-ın xəbərinə görə, bu barədə Türkiyə Prezidentinin "X" səhifəsində məlumat verilib.
Qeyd edilib ki, telefon danışığı zamanı Suriyadakı son hadisələr, regional və qlobal məsələlər müzakirə edilib.
"Telefon danışığı zamanı prezident Ərdoğan Suriyada daimi sabitliyin bərqərar olması üçün Türkiyənin Suriya xalqına dəstəyini davam etdirəcəyini bildirdi.
Azərbaycan Prezidenti İlham Əliyev isə Suriyadakı yeni vəziyyətdən məmnunluğunu bildirib", - deyə paylaşımda qeyd olunub.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.