Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » “Təyyarə yalnız pilotların şücaəti və peşəkarlığı sayəsində qəza enişi edə bilib”

“Təyyarə yalnız pilotların şücaəti və peşəkarlığı sayəsində qəza enişi edə bilib”

“Təyyarə yalnız pilotların şücaəti və peşəkarlığı sayəsində qəza enişi edə bilib”
2024-12-28 , 21:33

Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin bu gün Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Yenilik.az-ın məlumatına görə, Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Rusiyasının hava məkanında olan zaman kənar fiziki-texniki müdaxiləyə məruz qaldığını və idarəetməsini tam itirdiyini, Qazaxıstanın Aktau şəhərinə doğru yönləndirildiyini və yalnız pilotların şücaəti və peşəkarlığı sayəsində qəza enişi edə bildiyini qeyd edib.
Dövlət başçısı təyyarənin gövdəsində çoxsaylı dəliklərin olmasının, hələ havada olarkən sərnişin və heyət üzvlərinin təyyarənin göyərtəsini dəlib içəri daxil olan yad hissəciklərlə yaralanmasının və bu xüsusda sağ qalan təyyarə bələdçiləri və sərnişinlərin ifadələrinin kənar fiziki-texniki müdaxilə faktını təsbit etdiyini vurğulayıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.