Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » Azyaşlıya qarşı əxlaqsızlıq edən barəsində qərar verildi

Azyaşlıya qarşı əxlaqsızlıq edən barəsində qərar verildi

Azyaşlıya qarşı əxlaqsızlıq edən barəsində qərar verildi
2025-08-08 , 14:41

Sabirabadda azyaşlıya qarşı əxlaqsız hərəkət edən Mərdan Hüseynovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.


Yenilik.az "Teleqraf"a istinadən xəbər verir ki, Sabirabad Rayon Məhkəməsində hakim Nurəddin Bağırovun sədrliyi ilə keçirilən prosesdə M.Hüseynovun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, avqustun 5-də Sabirabadda 64 yaşlı kişinin azyaşlıya qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməsi ilə bağlı videogörüntülər yayılıb.

O, polis əməkdaşları tərəfindən saxlanılıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.