Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » Hindistan Pakistana görə Azərbaycandan qisas almağa çalışır - İlham Əliyev

Hindistan Pakistana görə Azərbaycandan qisas almağa çalışır - İlham Əliyev

Hindistan Pakistana görə Azərbaycandan qisas almağa çalışır - İlham Əliyev
2025-09-01 , 16:02

Azərbaycanın Pakistana göstərdiyi dəstəyə cavab olaraq Hindistan beynəlxalq təşkilatlarda Azərbaycandan qisas almağa çalışır.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Çinin Tiencin şəhərində Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə görüşündə deyib.

Azərbaycan-Pakistan əlaqələrinin qardaşlığa əsaslandığını deyən dövlət başçısı Pakistanın Hindistan üzərində qələbəsi münasibətilə təbriklərini çatdırıb.

Hindistanın qisasa çalışmasının Azərbaycan üçün heç bir əhəmiyyət daşımadığını vurğulayan prezident qeyd edib ki, Azərbaycan üçün qardaşlıq münasibətləri hər şeydən üstündür.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.