Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » Bu şəxslərə sertifikat beş il qüvvədə olacaq - Rəsmi

Bu şəxslərə sertifikat beş il qüvvədə olacaq - Rəsmi

Bu şəxslərə sertifikat beş il qüvvədə olacaq - Rəsmi
2026-01-09 , 21:20

Mediatorların ilkin hazırlığı üzrə təlimi bitirmiş şəxslərə verilən sertifikatın qüvvədə olma müddəti beş ildir.

Yenilik.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 22 aprel tarixli 184-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında Qərar imzalayıb.

Qərarla mediatorların ilkin hazırlığı üzrə təlimi bitirmiş şəxslərə verilən sertifikatın qüvvədə qalma müddətinin beş il olması barədə "Mediatorların hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlim Qaydası"na 3.9-cu bənd əlavə edilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.