Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » Prezidentdən TƏBİB-lə bağlı MÜHÜM SƏRƏNCAM

Prezidentdən TƏBİB-lə bağlı MÜHÜM SƏRƏNCAM

Prezidentdən TƏBİB-lə bağlı MÜHÜM SƏRƏNCAM
2026-04-08 , 14:40

"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin (TƏBİB) Müşahidə Şurasının tərkibi təsdiqlənib.

Yenilik.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncamla Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib:
Müşahidə Şurasının sədri
Azərbaycan Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi
Müşahidə Şurasının üzvləri:
Azərbaycan Respublikası maliyyə nazirinin müavini
Azərbaycan Respublikası səhiyyə nazirinin müavini
Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
Səhiyyə İşçiləri Həmkarlar İttifaqının sədri.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.