Zəngilandan Ermənistana SON ŞANS ismarışı – Prezident barışığın ƏSAS şərtini dedi
Dünən – mayın 10-da Prezident İlham Əliyev Zəngilanda sakinlərlə görüşdə köhnə “Dağlıq Qarabağ” münaqişəsi ilə bağlı bir neçə mühüm məsələyə toxunub. Bölgədə daimi sülh və əməkdaşlığın bərqərar olması üçün gərəkən mesajlarını verib.
Sitat: “44 gün ərzində dəfələrlə bizə təzyiqlər göstərilirdi. O ölkələr sıradan olan ölkələr deyil – onlar nüvə dövlətləridir, onlar BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Görün biz kimlərlə üz-üzə qalmışdıq. Hər biri bu işğalı əbədi etmək, bundan bir alət kimi istifadə etmək və nəticə etibarilə Azərbaycan xalqına rahat nəfəs almaq imkanı verməmək üçün dəridən-qabıqdan çıxırdı. Təkcə onlar deyil, başqa ölkələr də bizim qələbəmizi istəmirdilər”.
Ən absurdu odur ki, indi də BMT TŞ-nin daimi üzvləri olan həmin üç dövlət erməni işğalı ilə bağlı özlərinin qəbul elədiyi, səs verdiyi 4 qətnaməni (822, 853, 874, 884) faktiki unutmuşdu. Onları birləşdirən əsas ortaq maraq isə böyük ölçüdə “qalib” ermənilərdən öz mənafeləri naminə istifadə edib bölgədə möhkəmlənməklə bağlı idi. Təbii ki, xristian amili, Türkofobiya da öz sözünü deyirdi...

Təsadüfi deyil ki, işğal dövründə rəsmi Bakının çoxsaylı çağırışlarına rəğmən, BMT-nin qurumu olan və mənzil-qərargahı Parisdə yerləşən YUNESKO bir dəfə də olsun Qarabağa missiya göndərib ermənilərin ərazimizdə törətdikləri vandallıqları sənədləşdirmədi. Bu, onların yadına yalnız Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən və erməni əhali könüllü köç etdikdən sonra düşdü. O da mifik “erməni mədəni-tarixi irsi”ndən dolayı. Ümid edək ki, təşkilatın misirli yeni Baş direktoru fransız sələfindən fərqli olaraq, vəziyyəti yaxşıya doğru dəyişə biləcək...
Bir daha yada salaq: MQ həmsədrləri illərlə təbliğat aparırdılar ki, guya münaqişənin hərbi həlli yoxdur, Azərbaycanın hesabına kompromis tapılmalı, yəni, Bakı təslimçi sülhə razılaşıb öz ərazilərindən imtina etməli idi. Amma onların gözü qarşısında şəhərlərimiz, qəsəbə və kəndlərimiz, mədəni irsimiz dağıdılırdı, sərvətlərimiz talan edilirdi, amma buna göz yumurdular. Qanunsuz məskunlaşma, tikinti, ora axıdılan böyük vəsaitlərin mənimsənilməsinə heç bir reaksiya verilmirdi.
Nəhayət, zamanı yetişdi: Azərbaycan toparlandı, daxili həmrəyliyi təmin edib öz müzəffər lideri ətrafında birləşdi və qətnamələri özü icra etdi. Pislik özlərinə, MQ-yə qaldı. Bu mənada MQ sözsüz ki, diplomatik utanc, riyakarlıq, “ikili standartlar” və müstəmləkə təfəkkürünün təzahürü kimi diplomatiya tarixində qalacaq...

Bu da qətiyyən təsadüfi deyil ki, Bakının İrəvanla sülh müqaviləsi imzalaması üçün iki əsas tələbindən biri məhz Minsk Qrupunun de-yure ləğvi ilə bağlı idi. Özünü artıq ifşa etmiş bir qurum vasitəçiliyə iddia edə bilməzdi. Buna haqqını itirmişdi. Vasitəçiyə ehtiyac da qalmamışdı.
Son illərin təcrübəsi göstərdi ki, Azərbaycan və Ermənistan ikitərəfli formatda müxtəlif məsələlər üzrə daha tez razılığa gələ bilər, nəinki çoxtərəfli masa ətrafında. Çünki zaman göstərdi ki, vasitəçilər heç də həmişə saf məqsədlər güdmür – o ki ola Rusiya və Fransa kimi dövlətlər. Xüsusən də tərəflərdən biri türk etnosunu təmsil edirsə.
Yenə təsadüfi deyil ki, Rusiya rəhbərliyi Qarabağı Azərbaycanın tərkib hissəsi sayan sənədə qol çəkdiyi üçün Nikol Paşinyanı indiyədək bağışlaya bilmir. Sanki Qarabağ mübahisəli bir ərazi imiş. Eləcə də Fransa, Avropa Parlamenti indiyədək sakitləşməyib. 44+1 günlük müharibədən sonra bu ikiüzlü qurum həyasızcasına ölkəmiz əleyhinə 14 qətnamə qəbul edib!..
Əfsus ki, günü bu gün də Azərbaycandan “xoxan” düzəldib erməni cəmiyyətində Türkə nifrəti körükləyən xarici qüvvələr var. Və bunlar təkcə Rusiyadakı Zatulin çaplı şovinistlər deyil, eyni amanda, Fransada, ABŞ-da, Brüsseldə mənzillənmiş, regionda daimi sülhü və əməkdaşlığı, xalqlar arasında barışığı arzulamayan, qələbəmizi, uğurlarımızı, Qarabağdakı quruculuğu və Böyük Qayıdışı həzm edə bilməyən, ermənilərdən maaş alan digər məkrli çevrələrdir.
Aİ-nin üç ildir sərhədimizdə sülənən casus missiyası da eyni sırada yer alır. Prezident özünü Ermənistana yeni havadar qismində sırıyan bu missiya haqda da onun layiq olduğu sözləri deyib: Sitat: “Bu gün hələ də Azərbaycan-Ermənistan sərhədində Avropanın “müşahidəçiləri” guya ki, keşik çəkirlər. Mən o vaxt da demişəm, biz bir dənə güllə atsaq, onların dabanları parlayacaq, heç izi-tozu da qalmayacaq orada. Amma özlərini belə göstərirlər, guya ki, onlar Ermənistanı bizdən qoruyurlar. Bizdən Ermənistanı qorumaq lazım deyil. Biz istədiyimizə nail olmuşuq”...

Doğrudan da, ermənilərin düşməni nə Azərbaycandır, nə də Türkiyə. Olmayıb da. Ən böyük düşmən özləri. Məsələ də ondadır ki, İlham Əliyevin dünənki çıxışı Ermənistanda seçki təbliğat kampaniyası dövrünə düşməsi ilə ikiqat önəm kəsb edir. Yəni, ismarışın ünvanı ilk növbvədə səsverməyə hazırlaşan erməni cəmiyyətidir.
Əsas mesaj isə budur ki, əgər qonşu xalq həqiqətən layiqli və təhlükəsiz gələcək istəyirsə, onda Azərbaycan və Türkiyə ilə düşmənçilik səhifəsini təcili çevirməli, iyunun 7-də revanşistləri qalib etməməli və bir daha “xarici ağa”ların əlində qonşulara qarşı “maşa” olmamalıdır. Yoxsa iyun seçkiləri Ermənistanda sonuncu olacaq...
OXŞAR XƏBƏRLƏR

Prezidentin Zəngilan sakinləri ilə görüşündən - Fotolar+Yenilənib
İlham Əliyev Davosda “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə iştirak edib - FOTO
Rauf Arifoğlu: “Əli Kərimli dedi ki, məni Ramil Usubov və Ramiz Mehdiyevlə görüşdür” - MÜSAHİBƏ
Prezident Davosda “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasında iştirak edib - FOTO
Prezident “France 24” telekanalına müsahibə verdi - Fotolar
Prezident İlham Əliyevin ABŞ səfəri: Yeni geosiyasi reallıqların təntənəsi TƏHLİL
Prezident XIII Qlobal Bakı Forumunun AÇILIŞINDAYENİLƏNİB
Laçında bayram ab-havası... - Video + Fotolar
Ölən hərbçimizlə bağlı yayılan paraşüt görüntüləri yalandır - Foto 2026-07-18 , 20:13
Vasif Məhərrəmli:"Hər iki halda sən axmaq adamsan" -- VİDEO 2026-07-18 , 17:29
"Qızlarınıza cehiz verməyin" - Video 2026-07-18 , 17:24
İran ABŞ aviabazasını vurdu: qırıcılar məhv edildi 2026-07-18 , 17:20
Türkanın müzakirə yaradan paylaşımı: "Qal yana-yana" - VİDEO 2026-07-18 , 17:15
Kadırov NATO-ya müharibə elan etdi 2026-07-18 , 17:10
"Ərinizin subay dostlarını evinizə buraxmayın" - Seda Sayan 2026-07-18 , 17:10
“MediHall Hospital”ın direktoru 25 min manat cərimələndi – Səbəb nədir? 2026-07-18 , 17:08
Ruhəngiz Allahverdiyeva: “Ondan yaxşı arvad olmaz” - VİDEO 2026-07-18 , 17:07
Nəfəs “Ağa”nı kimdən oğurlayıb? - 2 iranlı müəllifin adı hallanır 2026-07-18 , 17:01
Mətanət İsgəndərli plastik əməliyyat etdirdi 2026-07-18 , 16:56
Səməd Vurğun oğlunun rus bölməsində oxumasına niyə razı olmadı? 2026-07-18 , 16:53
Trampı öldürənə bu qədər pul verəcəklər: qisas planı hazırlandı 2026-07-18 , 16:52
Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında - FOTO 2026-07-18 , 16:50
"O qadın boşanır ki, tüfeyli heyatını rahat yaşasın" - VİDEO 2026-07-18 , 16:48
Lalənin çimərlik geyimində görüntüləri müzakirə səbəb oldu - VİDEO 2026-07-18 , 16:00
İranın hücumları: Küveytdə bütün uçuşlar dayandırıldı 2026-07-18 , 15:57
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14