"Sülh varsa, Aİ missiyası niyə lazımdır?" - Bakıdan Parisə MESAJ
Prezident İlham Əliyev mayın 10-da Zəngilan şəhərində sakinlərlə görüşü zamanı Ermənistanla Azərbaycan arasında davam edən sülh prosesi, regionda formalaşan yeni geosiyasi reallıqlar və bu sabitliyi pozmağa çalışan xarici qüvvələrlə bağlı mühüm mesajlar səsləndirib. Dövlət başçısı vurğulayıb ki, hazırda iki ölkə arasında yaranmış sülh mühitinin təşəbbüskarı və əsas təminatçısı Azərbaycan olub və əldə edilən nəticələr ölkənin siyasi iradəsi və gücü sayəsində mümkünləşib. Prezident çıxışında həmçinin bəzi beynəlxalq aktorların və Avropa İttifaqı missiyasının regiondakı fəaliyyətinə toxunaraq, bu cür mexanizmlərin sülh prosesinə töhfəsindən daha çox gərginlik yarada biləcəyi barədə mesaj verib.

Mövzu ilə bağlı millət vəkili Hikmət Babaoğlu Musavat.com-a danışıb:
"Azərbaycan Prezidenti Zəngilana səfəri zamanı bir çox mühüm məsələlərə toxundu və 30 illik işğal dövründə ATƏT-in fəaliyyətinin effektiv olmamasını xüsusilə vurğuladı. Dövlət başçısı ATƏT-in Minsk qrupunun həmsədrlərinin hər birinin öz maraqlarına uyğun şəkildə erməni işğalını əsaslandırmağa çalışdığını və məhz buna görə də problemin həll olunmadığını bildirdi. Bu fikirlər həm tarixi həqiqətləri əks etdirir, həm də ATƏT-in Minsk qrupunun iç üzünü ifşa edən ciddi siyasi qiymətləndirmədir. Çünki ATƏT fəaliyyət göstərdiyi bütün dövrlər ərzində, 30 illik müddət boyunca nəinki Qarabağ problemini həll etmək istiqamətində real iradə nümayiş etdirmədi, eyni zamanda Qarabağ ətrafında olan işğal edilmiş 5 rayonun da Ermənistanın nəzarətində qalmasına dolayısı ilə şərait yaratdı. Bu yanaşma faktiki olaraq status-kvonun qorunmasına xidmət edirdi və problemin uzanmasına səbəb oldu. Eyni zamanda Laçın dəhlizini "Şimali Qarabağ" kimi uydurma bir terminlə təqdim etməyə cəhd göstərərək Ermənistanla işğal olunmuş ərazilər arasında yeni bir siyasi və coğrafi körpü yaratmağa çalışırdılar. Bu da ATƏT-in Minsk qrupunun fəaliyyəti çərçivəsində ortaya çıxan ziddiyyətli və qeyri-obyektiv yanaşmalardan biridir. Bu gün isə oxşar missiyanı Avropa İttifaqı həyata keçirməyə çalışır".

Millət vəkili qeyd edib ki, Avropa İttifaqının Ermənistana göndərdiyi missiya ATƏT-in Minsk qrupunun bacarmadığını "davam etdirməyə" cəhd göstərir:
"Yəni münaqişənin yenidən gündəmə gətirilməsi üçün arqumentlər formalaşdırmağa çalışır və bunu beynəlxalq hüquqa, beynəlxalq ictimai rəyə problemin hələ də həll olunmadığı kimi təqdim etməklə əsaslandırmağa cəhd edir. Bu isə faktiki olaraq vəziyyətə yeni gərginlik elementləri gətirən yanaşma kimi qiymətləndirilir. Buna görə də əlbəttə, Prezidentin qeyd etdiyi kimi, bu proses özünəməxsus "səlib yürüşü" xarakteri daşıyır. Silahsız, lakin informasiyaya və manipulyasiya olunmuş hüquqi arqumentlərə əsaslanan bu yanaşma bu gün Ermənistana göndərilən Avropa İttifaqı missiyasının fəaliyyətində özünü göstərir. Onların əsas “silahı” informasiya və beynəlxalq hüququn selektiv şəkildə şərh edilməsidir. Ona görə də Azərbaycan belə yanaşmalara yol verə bilməz və verməyəcək. Cənab Prezident də bu məsələyə xüsusi olaraq toxunub".
Hikmət Babaoğlu vurğulayıb ki, bu missiyanın arxasında da Fransa dayanır:
"Fransa çalışır ki, Rusiyanın təsir dairəsindən və keçmiş forpost rolundan tədricən uzaqlaşan Ermənistanı özünün yeni siyasi təsir məkanına çevirsin. Lakin bu cəhdlərin nəticə vermədiyi aydındır. Çünki Prezidentin də qeyd etdiyi kimi, öz ölkəsində cəmi 10–15 faiz reytinqə malik olan siyasi rəhbərin başqa bir ölkədə yeni "koloniya" və ya təsir mexanizmi qurması real deyil. Dünyanın müxtəlif yerlərində Fransanın keçmiş koloniyaları bu gün artıq Fransaya qarşı açıq şəkildə etiraz və müqavimət nümayiş etdirirlər. Bu reallıq fonunda Azərbaycan da həmin region xalqlarına müxtəlif formalarda dəstək göstərir və beynəlxalq ədalətin təmin olunmasına töhfə verir.

Bu gün Prezidentin də qeyd etdiyi kimi, Cənubi Qafqazda sülhü yaradan da Azərbaycandır, onu qoruyan da Azərbaycandır, bütövlükdə regionda sülh və təhlükəsizliyi təmin edən əsas dövlət də Azərbaycandır. Buna görə də nə Ermənistandakı radikal dairələr, nə də Avropa İttifaqının missiyası regionda "müsbət nəticələrə" ümid etməlidir. Çünki Azərbaycan regionda yenidən münaqişə və müharibələrin baş verməsinə heç bir halda imkan verməyəcək".

Prezident İlham Əliyevin ABŞ səfəri: Yeni geosiyasi reallıqların təntənəsi TƏHLİL
Rauf Arifoğlu: “Əli Kərimli dedi ki, məni Ramil Usubov və Ramiz Mehdiyevlə görüşdür” - MÜSAHİBƏ
İlham Əliyevin Zəngilan mesajlarının ana xətti budur-Regionun taleyi artıq xaricdə yazılmır
Prezident XIII Qlobal Bakı Forumunun AÇILIŞINDAYENİLƏNİB
Prezident Davosda “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasında iştirak edib - FOTO
İlham Əliyev Davosda “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə iştirak edib - FOTO
Əhməd İsmayılov MEDİA-nın 5 ildə gördüyü işlərdən danışdı... - MÜSAHİBƏ
Laçında bayram ab-havası... - Video + Fotolar
Prezidentin Zəngilan sakinləri ilə görüşündən - Fotolar+Yenilənib
Ölən hərbçimizlə bağlı yayılan paraşüt görüntüləri yalandır - Foto 2026-07-18 , 20:13
Vasif Məhərrəmli:"Hər iki halda sən axmaq adamsan" -- VİDEO 2026-07-18 , 17:29
"Qızlarınıza cehiz verməyin" - Video 2026-07-18 , 17:24
İran ABŞ aviabazasını vurdu: qırıcılar məhv edildi 2026-07-18 , 17:20
Türkanın müzakirə yaradan paylaşımı: "Qal yana-yana" - VİDEO 2026-07-18 , 17:15
Kadırov NATO-ya müharibə elan etdi 2026-07-18 , 17:10
"Ərinizin subay dostlarını evinizə buraxmayın" - Seda Sayan 2026-07-18 , 17:10
“MediHall Hospital”ın direktoru 25 min manat cərimələndi – Səbəb nədir? 2026-07-18 , 17:08
Ruhəngiz Allahverdiyeva: “Ondan yaxşı arvad olmaz” - VİDEO 2026-07-18 , 17:07
Nəfəs “Ağa”nı kimdən oğurlayıb? - 2 iranlı müəllifin adı hallanır 2026-07-18 , 17:01
Mətanət İsgəndərli plastik əməliyyat etdirdi 2026-07-18 , 16:56
Səməd Vurğun oğlunun rus bölməsində oxumasına niyə razı olmadı? 2026-07-18 , 16:53
Trampı öldürənə bu qədər pul verəcəklər: qisas planı hazırlandı 2026-07-18 , 16:52
Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında - FOTO 2026-07-18 , 16:50
"O qadın boşanır ki, tüfeyli heyatını rahat yaşasın" - VİDEO 2026-07-18 , 16:48
Lalənin çimərlik geyimində görüntüləri müzakirə səbəb oldu - VİDEO 2026-07-18 , 16:00
İranın hücumları: Küveytdə bütün uçuşlar dayandırıldı 2026-07-18 , 15:57
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14