Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » “Bilirəm, çox ağırlı və zəhmətli iş idi” - Hikmət Hacıyevdən jurnalistlərə

“Bilirəm, çox ağırlı və zəhmətli iş idi” - Hikmət Hacıyevdən jurnalistlərə

“Bilirəm, çox ağırlı və zəhmətli iş idi” - Hikmət Hacıyevdən jurnalistlərə
2026-05-22 , 16:05

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev WUF13-ün sonuncu günündə jurnalistlərlə söhbətləşib. 

 
Yenilik.az Qafqazinfo-ya istinadən xəbər verir ki, o, jurnalistlərə Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasında (WUF13) gördükləri işlərə görə minnətdarlığını bildirib. 
 
“Azərbaycan mediası öz vətənpərvərliyini və peşəkarlığını göstərdi. Dəqiq və çevik formada bütün bu məlumatlar ictimaiyyətə çatdırıldı. Həmçinin Azərbaycan mediası öz peşəkarlığını beynəlxalq media ilə birlikdə, hətta rəqabət prinsipləri əsasında fəaliyyət göstərərək çox operativ surətdə məlumatların verilməsini təmin etdi.
 
Buna görə hər birinizə təşəkkür edirəm, bilirəm çox ağırlı və zəhmətli bir iş idi. Hər gün erkən saatlardan axşamadək intensiv fəaliyyət göstərirdiniz. Sizin fəaliyyətinizin nəticəsidir ki, ölkə ictimaiyyətində də WUF13-ə çox böyük maraq var. Sizin hər birinizə, redaksiyalarınıza, fotoqraflara öz təşəkkürümü bildirirəm”, - H. Hacıyev qeyd edib.  
 
Həmin görüntüləri təqdim edirik:

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.