Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » Prezidentin qızı və gəlini Sosial Reabilitasiya Mərkəzində - FOTOLAR

Prezidentin qızı və gəlini Sosial Reabilitasiya Mərkəzində - FOTOLAR

Prezidentin qızı və gəlini Sosial Reabilitasiya Mərkəzində - FOTOLAR
2026-05-24 , 15:48

Leyla Əliyeva və Alena Əliyeva “Tut Əlimdən” Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər.

Yenilik.az xəbər verir ki, qonaqlar mərkəzdə təşkil olunan sosial və yaradıcı fəaliyyətlərlə yaxından tanış olub, uşaqlarla birgə müxtəlif tədbirlərdə iştirak ediblər.
Mərkəzə gələn Leyla Əliyeva və Alena Əliyeva əvvəlcə uşaqlarla birlikdə həyətyanı sahədə meyvə və dekorativ ağaclar əkiblər.
Daha sonra azyaşlılar öz əl işlərini, çəkdikləri rəsmləri və rəngarəng yunlardan hazırladıqları oyuncaqları təqdim ediblər. Uşaqların yaradıcılıq nümunələri qonaqlar tərəfindən maraqla qarşılanıb.
Birgə fəaliyyət zamanı müxtəlif dekorativ əşyalar hazırlanıb, uşaqların bacarıq və yaradıcılıq imkanlarını əks etdirən işlərə baxış keçirilib.
Tədbirin bədii hissəsində azyaşlılar şeirlər səsləndirib, musiqi və rəqs nömrələri ilə çıxış ediblər. Uşaqların nümayiş etdirdiyi çıxışlar iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
 















Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.