Yenilik.Az
www.Yenilik.Az » Sağlamlıq » Boşanmış, ayrılmış kişilər daha tez ölür- Alimlər

Boşanmış, ayrılmış kişilər daha tez ölür- Alimlər

Boşanmış, ayrılmış kişilər daha tez ölür- Alimlər
2023-11-15 , 23:42

Tənhalığın sağlamlıq və həyata daha bir təhlükəsi sübut olunub.


“Medicina” xəbər verir ki, Finlandiya alimləri kişilər üzərində 40 illik tədqiqatı yekunlaşdırıblar.


Hələ 1980-ci illərdən 2570 kişi üzərində müşahidə apararaq, onların sağlamlıq vəziyyətini izləyib.
Bu müddət ərzində 600 nəfərdə müxtəlif onkoloji xəstəliklər tapılıb, 283 nəfər bu xəstəliklərdən ölüb.

Analizlər göstərib ki, bu kişilərin böyük faizi ya evlənməyib, ya dul qalıb, ya boşanmış olub.
Belə hallarda ağciyər xərçənginə yoluxma riski 10% artır.

Bu əlaqə o halda təsirli olur ki, tənha kişi həm də depressiyadan əziyyət çəkib, zərərli vərdişləri olub.
Bu araşdırma sübut edib ki, tənhalıq ağır xəstəliklərə səbəb olur və ömrü qısaldır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.