Yenilik.Az
www.Yenilik.Az » Sağlamlıq » Arıqladan bitki çayları gənc qızı komaya saldı

Arıqladan bitki çayları gənc qızı komaya saldı

Arıqladan bitki çayları gənc qızı komaya saldı
2025-06-12 , 14:36

Arıqlamaq üçün bitki çayları içən gənc qız son anda ölümdən dönüb.

Tribunainfo.az xəbər verir ki, hadisə Türkiyənin Antalya rayonunda baş verib. Belə ki, Aksaray bölgəsində yaşayan 24 yaşlı Büşra K qaraciyər çatışmazlığı ilə komaya düşüb.
Xəstəxanaya yerlədirilən gənc qızın bir müddətdir ki, davamlı olaraq arıqlama üçün birdəfəlik bitki çayları içdiyi məlum olub. Arıqlama çayları gənc qızın qaraciyərini sıradan çıxarıb.
Onun həyatını ancaq qaraciyər köçürməsi əməliyyatından sonra xilas etmək mümkün olub.
Həkimlər bu cür arıqlama çaylarını özbaşına və necəgəldi qəbul etməyin sağlamlıq üçün ciddi təhlükə olduğunu bildiriblər.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.