Yenilik.Az
www.Yenilik.Az » Şikayət » “Bank of Baku” bu xidmətə görə də komissiya tutur – Narazılıq

“Bank of Baku” bu xidmətə görə də komissiya tutur – Narazılıq

“Bank of Baku” bu xidmətə görə də komissiya tutur – Narazılıq
2025-03-17 , 11:53

“Şikayətim “Bank of baku”dandır. Mən bu bankdan neçə müddətdir “Gold” debet kartı işlədirəm. Keçən aydan öz bankomatından nağdlaşdırmaya görə faiz tətbiq etməyə başlayıb”.

Tribunainfo.az xəbər verir ki, bu barədə bank müştərisi Səbuhi İmranlı yazıb. O bildirirb ki, bu barədə bank yalnız saytların xırda məlumat qoyub:
“Ən azından mobil tətbiqə bildiriş yollamalı idi. Mobil tətbiqə gələn bildirişlər isə boş və mənasız bildirişlər olur. Mən bu barədə nağdlaşdırma edərkən 18 manat komissiya tutularkən bilmişəm. Özlərinə şikayət etdim, baxmadılar. Bu bankdan istifadə etməsəniz məsləhətdir. Artıq bunlar da maşenniklik etməyə başlayıblar. Müştərilərin cibindən oğurluğa başlayıblar. Belə eləmək çox pis hərəkətdir. Başqalarını da xəbərdar edin ki, bu bankın fırıldağından ziyan görməsinlər”.
Qarşı tərəfi dinləməyə hazırıq.
Nigar

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.