Yenilik.Az
www.Yenilik.Az » Şikayət » Sakinlər istiliyə görə binanın həyətində ocaq qaladılar: MTK binanı niyə təhvil vermir? - VİDEO

Sakinlər istiliyə görə binanın həyətində ocaq qaladılar: MTK binanı niyə təhvil vermir? - VİDEO

Sakinlər istiliyə görə binanın həyətində ocaq qaladılar: MTK binanı niyə təhvil vermir? - VİDEO
2025-12-03 , 08:22

Baku TV-nin "qaynar xətti"nə müraciət edən Yasamal rayonunun Mikayıl Müşfiq küçəsi, 1 ünvanında yerləşən çoxmərtəbəli binadan mənzil alan bir qrup sakin "Olympus" MTK-dan narazılıqlarını bildirib.

 
Şikayətçilərin sözlərinə görə, istifadəyə 3 il əvvəl verilməli olan bina hələ də tam şəkildə onlara təhvil verilməyib.
 
Sakinlərdən biri vəziyyəti belə təsvir edib:
 
"Binanın həyəti bərbad vəziyyətdədir. Qaz, işıq yoxdur".
 
Başqa bir vətəndaş isə soyuqdan əziyyət çəkdiklərini deyib:
 
"Elə soyuq olur ki, uşaqları iki yorğanla yatırırıq".
 
Sözügedən MTK-nın direktor müavini Ceyhun Bədəlov şikayətlərə belə cavab verib:
 
"Elektrik xətləri bu həftə ərzində düzəldiləcək. Dekabrın 15-nə kimi isə qaz veriləcək".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.