Yenilik.Az
www.Yenilik.Az » Şikayət » Sumqayıtda nəzarətsiz yol - Təhlükə dolu hərəkət

Sumqayıtda nəzarətsiz yol - Təhlükə dolu hərəkət

Sumqayıtda nəzarətsiz yol - Təhlükə dolu hərəkət
2026-01-20 , 10:34

Sumqayıtda yol infrastrukturu ilə bağlı mövcud vəziyyət yerli sakinlərin ciddi narazılığına səbəb olub.

Sumqayit24.az-a daxil olan məlumata görə, Xəzər bağları ərazisində yerləşən avtomobil yolunda uzun müddətdir şəraitsizlik hökm sürür.
Vətəndaşların məlumatına görə, sözügedən yolda nə piyada keçidi mövcuddur, nə də sürətə nəzarət üçün radar quraşdırılıb.
Belə vəziyyət isə həm piayadaların, həm də nəqliyyat vasitələrinin hərəkətinə ciddi şəkildə təsir edir. 
Şikayətçilər aidiyyəti qurumlardan əraziyə baxış keçirilməsini, zəruri təhlükəsizlik tədbirlərinin görülməsini və problemin tez bir zamanda aradan qaldırılmasını tələb edirlər.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.