İsmayıllı meşələrində "ağac soyqırmı": Meşə materialı daşıyan maşın ələ keçdi (FOTO/VİDEO)
İsmayıllı rayonu ərazisində qanunsuz yolla əldə edilən ağac materiallarının daşınması faktı aşkarlanıb.
Qaynarinfo-ya daxil olan məlumatda bildirilir ki, həmin ağaclar İsmayıllı meşələrində kəsilib.
Məlumatı verən mənbə məsələnin arxasında Şahdağ Milli Parkının İsmayıllı bölməsində sahə müfəttişi Əfqan Qəribov dayanır. Hətta iddia olunur ki, o, ağac daşıyan "ZİL” markalı yük maşınını saxlayan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarını buna görə təhdid edib.
Faktla bağlı redaksiyamıza video və foto faktlar da göndərilib.
Qaynarinfo məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxlayıb. Nazirlikdən verilən açıqlamada bildirilir:
"2026-cı il fevralın 2-dən 3-nə keçən gecə İsmayıllı rayonu ərazisində qanunsuz yolla əldə edilmiş ağac materialının "ZİL” markalı avtomobillə daşınması faktı Nazirliyin əməkdaşları tərəfindən aşkarlanıb və 3 fevral tarixində aktlaşdırılıb. Hazırda faktla bağlı araşdırma davam edir”.
Əfqan Qəribovun özündən məsələ ilə bağlı şərh almaq mümkün olmayıb.
Əfqan Qəribovun adı bir neçə dəfə ağac kəsilməsində hallanıb. Hətta mediada gedən məlumatlara görə, o, keçmiş nazir Muxtar Babayevin dövründə vəzifəsindən azad edilib. Muxtar Babayev nazir karyerası ilə vidalaşdıqdan sonra isə Əfqan Qəribov yenidən işə götürülüb. Lakin o, bu dəfə başqa vəzifəyə təyin edilib.
Seyid
OXŞAR XƏBƏRLƏR

Sumqayıtda 2025-ci ilin yekunları müzakirə olundu
İlham Əliyev Sumqayıt Sənaye Parkında güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak etdi - FOTO
Leyla Əliyeva Omandadır – Fotolar
Prezident bu şəxsləri əfv etdi - Siyahı
Prezident İranın müdafiə nazirini qəbul etdi – FOTOLAR
Bu restoranda qida məhsulları döşəmənin üzərində saxlanılırmış… – Fotolar
“Elit tort ləvazimatları” körpələr üçün vaxtı keçmiş şokalad satır — FOTO
İlham Əliyev Davosda “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə iştirak edib - FOTO
Leyla Əliyeva şəhid ailəsini ziyarət etdi – Fotolar
İcra başçısı-qadın sahibkar qalmaqalı: mülk dağıdanların milyonluq mülkləri – Video
Rauf Arifoğlu: “Əli Kərimli dedi ki, məni Ramil Usubov və Ramiz Mehdiyevlə görüşdür” - MÜSAHİBƏ
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12
Yaxşı ki, yatmamışdım - Evi yanan musiqiçi 2026-07-16 , 09:08
Aytən Səfərova:"Yazırlar ki, "nə boydadır?" - Video 2026-07-16 , 09:00
Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət 2026-07-16 , 08:53
Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA 2026-07-15 , 17:04
1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video 2026-07-15 , 16:51
Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - VİDEO 2026-07-15 , 16:49
Hüseyndən Zaur Kamala: "Pulumu qaytar, 1500 manat..." 2026-07-15 , 16:43
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama 2026-07-15 , 16:16
Sumqayıtda qanunsuz söküntü iddiası 2026-07-15 , 16:14
Sumqayıtda 35 günlük körpə həkim səhlənkarlığının qurbanı olub?-TƏFƏRRÜAT 2026-07-15 , 16:13
Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib" 2026-07-15 , 16:11
Rəqsanə hovuz kənarında: “Qaşları həddən artıq dartılıb”, – dedilər - VİDEO 2026-07-15 , 16:09
Şirkətlər “AccessBank”dan pullarını geri çəkir 2026-07-15 , 16:05
"Kompleksim olsaydı, bu reklama çəkilməzdim" 2026-07-15 , 16:03
Tiktoker "Arzum"un həbsi ilə bağlı şok detallar 2026-07-15 , 01:31
Zaur Nəbioğluya vəzifə verildi 2026-07-15 , 01:17
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - VİDEO 2026-07-15 , 00:55