Yenilik.Az
www.Yenilik.Az » Şikayət » Kürdəmirin Sığırlı kəndində keyfiyyətsiz iş: dirəklərin dibinə tökülən “sement” əl vuranda dağılır - VİDEO

Kürdəmirin Sığırlı kəndində keyfiyyətsiz iş: dirəklərin dibinə tökülən “sement” əl vuranda dağılır - VİDEO

Kürdəmirin Sığırlı kəndində keyfiyyətsiz iş: dirəklərin dibinə tökülən “sement” əl vuranda dağılır - VİDEO
2026-02-19 , 15:30

Kürdəmir rayonunun Sığırlı kəndi ərazisində aparılan dirək quraşdırılması işləri sakinlərin narazılığına səbəb olub.

Patrul.az-ın məlumatına görə, yerli sakinlər bildirirlər ki, dirəklərin dibinə möhkəmləndirici məqsədlə töküldüyü deyilən qarışıq keyfiyyət baxımından qənaətbəxş deyil.
Onların sözlərinə görə, sözügedən material bərkimir, əl ilə toxunduqda asanlıqla qoparaq dağılır. Bu hal görülən işlərin keyfiyyəti və dirəklərin gələcək dayanıqlığı ilə bağlı suallar yaradır. Sakinlər belə vəziyyətin potensial təhlükə riski formalaşdıra biləcəyini vurğulayırlar.
Vətəndaşlar aidiyyəti qurumların məsələyə müdaxilə etməsini, işlərin keyfiyyətinin araşdırılmasını və zərurət yaranacağı təqdirdə quraşdırma prosesinin standartlara uyğun şəkildə yenidən həyata keçirilməsini tələb edirlər.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.