Yenilik.Az
www.Yenilik.Az » Şikayət » Yasamalda hündürlükdən sallanan konstruksiya faciə vəd edir - FOTO

Yasamalda hündürlükdən sallanan konstruksiya faciə vəd edir - FOTO

Yasamalda hündürlükdən sallanan konstruksiya faciə vəd edir - FOTO
2026-03-03 , 17:53

Yasamal rayonu, İzmir 9 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının damında küləyin təsiri nəticəsində böyük konstruksiya parçası qoparaq hazırda hündürlükdən sallanır. Mövcud vəziyyət binanın qarşısından keçən piyadalar, xüsusilə uşaqlar və yaşlı sakinlər üçün ciddi təhlükə yaradır. Eyni zamanda, ərazidə park edilmiş və hərəkətdə olan avtomobillər üçün də əlavə risk formalaşdırır.
Sakinlərin Patrul.az-a verdiyi məlumata görə, damın qopmuş hissəsi hər an yerə düşə bilər ki, bu da faciəvi nəticələrə səbəb ola bilər. Narahatlığa baxmayaraq, məsələ ilə bağlı indiyədək heç bir tədbir görülməyib.
Təəssüf ki, yaranmış təhlükəli vəziyyətin aradan qaldırılması istiqamətində aidiyyəti dövlət qurumları, o cümlədən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Kommunal Mənzil-İstismar Birliyi tərəfindən hər hansı operativ addım atılmayıb.
Sakinlər ciddi narahat olduqlarını bildirərək problemin təcili şəkildə həllini tələb edirlər. Onların sözlərinə görə, damın qopmuş hissəsi dərhal təhlükəsiz şəkildə demontaj edilməli və insanların həyatı üçün yaranmış risk aradan qaldırılmalıdır.
Görünən odur ki, adıçəkilən qurumlar yenə də hadisə baş vermədən hərəkətə keçməyə tələsmir. Halbuki, onlarla sakinin həyatı real təhlükə altındadır.

media-fd566b2f-4898-4cea-a7ae-0006709f82e6

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.