Yenilik.Az
www.Yenilik.Az » Təhsil » Sumqayıt məktəblisi beynəlxalq olimpiadadan 4 medalla QAYIDIB

Sumqayıt məktəblisi beynəlxalq olimpiadadan 4 medalla QAYIDIB

Sumqayıt məktəblisi beynəlxalq olimpiadadan 4 medalla QAYIDIB
2025-05-12 , 17:28

Sumqayıtlı şagird Fransada keçirilən beynəlxalq olimpiadadan 4 medalla qayıtdı.

Bu barədə “Yenilik.az”a Abşeron-Xızı Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, Fransada təşkil olunan Hi-lingua Beynəlxalq ingilis dili Olimpiadasının Grand Final mərhələsində Sumqayıt şəhər 23 saylı tam orta ümumtəhsil məktəbinin 8b sinif şagirdi Hüseynzadə Solmaz möhtəşəm nəticə göstərib.
Qeyd edək ki, gənc istedad bu nüfuzlu yarışmada 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanaraq ölkəmizi və təhsil müəssisəsini layiqincə təmsil edib.
Hüseynzadə Solmazı və müəllimi Sumqayıt şəhər 23 nömrəli tam orta ümumtəhsil məktəbinin ingilis dili müəllimi Quliyeva Gülnarəni təbrik edir, gələcəkdə daha böyük uğurlar arzulayırıq!

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.