Yenilik.Az
www.Yenilik.Az » Təhsil » Sumqayıt məktəblisi beynəlxalq olimpiadanın finalında medal qazandı

Sumqayıt məktəblisi beynəlxalq olimpiadanın finalında medal qazandı

Sumqayıt məktəblisi beynəlxalq olimpiadanın finalında medal qazandı
2025-10-06 , 21:37

Abşeron-Xızı regional Təhsil idarəsinin tabeliyində olan Sumqayıt şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Səbinə Qurbanlı, Global Olimpiad Center tərəfindən təşkil olunan HIPPO – Sərhədsiz İngilis dili Olimpiadasında böyük nailiyyət əldə edib.
Heç bir kurs və ya məşğələyə qatılmadan, 73 ölkədən iştirak edən 93 148 şagird arasında regional final mərhələsini imtahansız keçərək birbaşa beynəlxalq finala vəsiqə qazanıb.
29 sentyabr – 2 oktyabr tarixlərində İtaliyanın Assisi şəhərində keçirilən finalda ölkəmizi layiqincə təmsil edən Səbinə sertifikat və medal ilə təltif olunub.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.