Yenilik.Az
www.Yenilik.Az » Təhsil » Uyğunsuz videosu yayılan müəllim işdən çıxarıldı

Uyğunsuz videosu yayılan müəllim işdən çıxarıldı

Uyğunsuz videosu yayılan müəllim işdən çıxarıldı
2026-01-21 , 22:10

“Abşeron rayon Qobu qəsəbə 16 nömrəli körpələr evi–uşaq bağçasının musiqi müəllimi Əsgərova Elnarə Tahir qızı ilə bağlı sosial şəbəkələrdə yayılan uyğunsuz görüntülərlə bağlı aidiyyəti araşdırma aparılıb”.

Yenilik.az xəbər verir ki, bu barədə Abşeron - Xızı Regional Təhsil İdarəsi məlumat yayıb.
Bildirilib ki, aparılan araşdırmanın nəticələrinə əsasən, görüntülərdəki davranışın etik və pedaqoji normalara uyğun olmadığı nəzərə alınaraq, musiqi müəllimi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə qərar qəbul edilib.






Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.