Yenilik.Az
www.Yenilik.Az » Messi o tədbirə qatılmayacaq

Messi o tədbirə qatılmayacaq

Messi o tədbirə qatılmayacaq
2024-11-22 , 22:19

“Barselona”nın sabiq hücumçusu, hazırda “İnter Mayami”də çıxış edən Lionel Messi Kataloniya klubunun 125 illiyinə həsr olunacaq bayram tədbirinə qatıla bilməyəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb. Buna səbəb 37 yaşlı futbolçunun bayramın keçiriləcəyi tarixə (29 noyabr) daha əvvəl planlaşdırılmış işləri var. Hücumçunun bu işləri bir neçə ay əvvəldən planlaşdırdığı, “Barselona”dan dəvətin isə 15 gün əvvəl gəldiyi vurğulanır.
Qeyd edək ki, Messi artıq “Barselona”nın 125 illiyinə həsr olunmuş müsahibə verib, həmçinin Kataloniya klubunun təşkil etdiyi fotosessiyada iştirak edib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.