Hacı Şahin kim idi?... - 4 övladı qaldı...
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, Məşədi Dadaş məscidinin imam-camaatı Hacı Şahin Həsənlinin qəfil ürəktutmasından vəfat etməsi ilahiyyatçını tanıyanların hamısını təəsüfləndirib.
Mərhum ilahiyyatçının dosyesini təqdim edirik:
Həsənli Şahin Hüseyn oğlu 1974-cü ildə iyulun 7-si Bakı şəhərində doğulub.
1981-ci ildə Bakı şəhərindəki 189 saylı orta məktəbində təhsil almağa başlayıb və 1991-ci ildə orada təhsilini başa vurub.
1995-1997-ci illərdə hərbi xidmətini cəbhə bölgəsində çəkib.
1991-1999-cu illərdə Azərbaycan Dövlət Texniki Universitetinin Maşınqayırma fakültəsində oxuyub.
2001-2004-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində ikinci ali təhsil alıb.
Ərəb, fars və rus dillərini bilirdi.
Hacı Şahin Həsənli 1991-ci ildən başlayaraq fərdi qaydada dini təhsil də almağa başlayıb. 1992-ci ildə Bakı şəhəri Yasamal rayonunda yerləşən "Hüseyniyyə” adlı kiçik ibadət evində ruhani fəaliyyətinə başlayıb.
2001-ci ildən Bakı şəhəri Nəsimi rayonunda yerləşən "Məşədi Dadaş” məscidində imam-camaatdır.
O, dini mövzularda tədrislə də məşğul olub. Əqaid, fəlsəfə, əxlaq, təfsir dərslərinin tədrisinə xüsusi diqqət yetirib.
2014-cü ildə Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə səlahiyyətli nümayəndəsi, 2021-ci ildə isə QMİ Qazilər Şurasının üzvü təyin olunub.
1998-2001-i illərdə təsisçilərindən olduğu "İkmal” Gənclər Birliyinin sədri olaraq ictimai fəaliyyət göstərib.
Fəaliyyətinin əsas istiqaməti milli-mənəvi dəyərlərin, sağlam həyat tərzinin və vətənpərvərlik hissinin gənclər arasında təbliği olub.
2007-ci ildə "Mənəvi Dünya” Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyini təsis edib, o zamandan quruma rəhbərlik edirdi.
Ailəli idi, dörd övladı var. /// yenisabah.az
OXŞAR XƏBƏRLƏR