Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Sürücülük vəsiqəsi olmadan sərnişin daşıdı, həbs edildi

Sürücülük vəsiqəsi olmadan sərnişin daşıdı, həbs edildi

Sürücülük vəsiqəsi olmadan sərnişin daşıdı, həbs edildi
2023-03-07 , 10:14

Masallıda sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsi idarə edən şəxs tutulub.

Yenilik.az məlumatına görə, DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupu bildirib ki, Masallıda rayondaxili marşrut üzrə hərəkət edən “Mercedes” markalı mikroavtobusda sərnişindaşıma qaydaları pozulduğu üçün yol polisi tərəfindən saxlanılıb. Müəyyən olunub ki, həmin mikroavtobusla marşrut xətti üzrə sərnişin daşıyan Masallı rayon sakini Ramal Hüseynovun sürücülük vəsiqəsi yoxdur. Həmin şəxs barəsində toplanmış material hüquqi qiymət verilməsi üçün Masallı Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə R.Hüseynov İnzibati Xətalar Məcəlləsinin 332.5-ci maddəsinə əsasən 15 gün müddətində inzibati qaydada həbs edilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.