Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Anar Bağırov: "Azərbaycanda vəkilliyin müstəqil təsisat kimi formalaşması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır"

Anar Bağırov: "Azərbaycanda vəkilliyin müstəqil təsisat kimi formalaşması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır"

Anar Bağırov:
2023-03-10 , 10:47

"Azərbaycanda vəkilliyin müstəqil təsisat kimi formalaşması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderin rəhbərliyi ilə bu sahədə aparılan islahatlar, qəbul edilən qanunlar vəkillik peşəsinin inkişafı üçün atılan çox önəmli addımlar idi".

Yenilik.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov Naxçıvanda keçirilən “Müstəqil Azərbaycan vəkilliyinin banisi Heydər Əliyev” mövzusunda elmi-praktik konfransda çıxışı zamanı deyib.
Sədr konfransın Azərbaycanın vəkillik tarixi üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
"Çalışacağıq ki, Naxçıvanda vəkillik daha da inkişaf etsin, güclənsin. Bu istiqamətdə bütün lazımi işləri görəcəyik. Biz Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən dövlət qurumlarının vəkillik institutunun güclənməsində maraqlı olduğunu, bu sahədə aparılacaq islahatlara dəstək göstərdiyini görürük. Təbii ki, bunu çox müsbət qiymətləndiririk", - deyə A.Bağırov qeyd edib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.