Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Ombudsman Ermənistanın növbəti təxribat cəhdi ilə bağlı çağırış etdi

Ombudsman Ermənistanın növbəti təxribat cəhdi ilə bağlı çağırış etdi

Ombudsman Ermənistanın növbəti təxribat cəhdi ilə bağlı çağırış etdi
2023-04-11 , 19:29

Azərbaycan Ombudsmanı Səbinə Əliyeva beynəlxalq ictimaiyyəti Ermənistanın əməllərini pisləməyə çağırıb.

Yenilik.az xəbər verir ki, bu barədə Ombudsman Aparatının Ermənistanın 11 aprel təxribatı ilə bağlı açıqlamasında deyilir.
Açıqlamada deyilir ki, regionda sülhün və əmin-amanlığın təmini üçün Ermənistanın hərbi təxribatlardan əl çəkməsi ilə bağlı dünya ictimaiyyətinə dəfələrlə çağırış və bəyanatlar ünvanlanmasına baxmayaraq bu təxribatların davam etdirilməsi Ermənistanın sülh prosesində maraqlı olmadığını, işğalçılıq niyyətlərindən əl çəkmədiyini bir daha sübut edir:
“Göründüyü kimi, Ermənistan beynəlxalq hüququn və beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobud şəkildə pozmaqla regionda sülh prosesinə maneə törətməkdədir.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) olaraq bir daha dünya ictimaiyyətinə müraciət edərək Ermənistanın hərbi təxribatlarına son qoyulması və sülhün bərpası istiqamətində qəti mövqe nümayiş etməyə çağırırıq”.
Qeyd edək ki, Müdafiə Nazirliyi tərəfindən verilmiş məlumata əsasən, 11 aprel tarixində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub. Qarşı tərəfin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub və yaralanıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.