Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » İranın Azərbaycandakı səfiri Hikmət Hacıyevlə görüşdü: “Səmimi və konstruktiv söhbət oldu”

İranın Azərbaycandakı səfiri Hikmət Hacıyevlə görüşdü: “Səmimi və konstruktiv söhbət oldu”

İranın Azərbaycandakı səfiri Hikmət Hacıyevlə görüşdü: “Səmimi və konstruktiv söhbət oldu”
2023-04-12 , 17:28

İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

Yenilik.az xəbər verir ki, səfir bu barədə “Twitter” hesabında paylaşım edib.
“Azərbaycan və İran xarici işlər nazirləri arasında konstruktiv danışıqlardan sonra Prezidentin köməkçisi Hikmət Hacıyevlə də səmimi və konstruktiv söhbətim oldu.
Ümid edirəm ki, başlanan prosesin yekun nəticəsi hər iki ölkənin və regionun maraqlarına uyğun olacaq”, - deyə o paylaşımda qeyd edib.


 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.